"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə XTQ təlimi sona çatıb

30.10.2025 14:36 8 baxış sayı 2 dəq. oxuma Report
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə XTQ təlimi sona çatıb

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri (XTQ) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezident Qvardiyasının Xüsusi Əməliyyat Komandanlığı bölmələrinin iştirakı ilə ölkəmizdə keçirilən "Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi oktyabrın 30-da başa çatıb. Bu birgə təlim iki ölkənin XTQ mənsubları arasında əməkdaşlığın uğurlu inkişafını göstərir.


Təlimin yekunlaşma mərasimi əvvəlcə hər iki ölkənin şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mərasim zamanı hərbi orkestrin müşayiəti ilə Azərbaycan və BƏƏ-nin Dövlət himnləri səsləndirilib, Dövlət bayraqları qaldırılıb.


Mərasimdə çıxış edənlər Azərbaycan və BƏƏ xüsusi təyinatlıları arasında əlaqələrin uğurla inkişaf etdiyini xüsusi vurğuladılar. Onlar keçirilən birgə təlimin təcrübə mübadiləsi, XTQ mənsublarının döyüş hazırlığı səviyyəsinin artırılması və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirdilər. Təlimdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb, həmçinin hədiyyə mübadiləsi həyata keçirilib. Mərasim sonda xatirə fotosunun çəkilməsi ilə başa çatıb.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: