
Polşa Rusiyaya cavab olaraq sərhədə 40 min hərbçi yerləşdirir

Polşa Rusiya və Belarusun keçirəcəyi birgə “Zapad-2025” hərbi təlimləri ilə bağlı ölkənin şərq sərhədinə 40 min hərbçi yerləşdirəcək.
Metbuat.az xəbər verir ki, bu barədə Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik belə açıqlama verib. O bəyan edib ki, "Zapad-2025"ə lazımi cavab vermək üçün Polşa və NATO əsgərlərinə ehtiyac var. Tomçik vurğulayıb ki, Rusiya pilotsuz təyyarələrinin Polşa hava məkanını pozması “Zapad-2025” təlimi ilə bağlıdır.
Polşa, Rusiya-Belarus birgə keçirəcəyi “Zapad-2025” hərbi təlimi ilə əlaqədar olaraq Belarusla sərhədini, o cümlədən dəmiryol keçidlərini bağlayacağını açıqlayıb.
Oxşar xəbərlər

Rusiya Polşa konsulluğunu bağlayır
Bugun.az

Polşa, Rusiya Rəsmilərini Ölkədən Qovur
KIBRIT MEDIA

Rusiya Polşada təxribata cəhd edib - İddia
Bugun.az

Bu şəxslərin Rusiyaya girişi həmişəlik qadağan edi...
Xəbər Anı

Polşa və ABŞ hərbi saziş bağladı
Son Xeberler

Şimali Koreya Ukrayna Müharibəsində Rusiyaya Yardı...
Bugun.az