
Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəlilərin məhkəməsi keçirilib

Səhiyyə Nazirliyinin (SN) sabiq vəzifəli şəxsləri Səidə Rüstəmova, Ruhiyyə Məhərrəmova və Lətafət Cabbarovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub. Bu şəxslər qanunsuz tibbi fəaliyyətə şərait yaratmaq müqabilində rüşvət almaqda təqsirləndirilirlər. Səidə Rüstəmova SN İnsan resursları, elm və təhsil şöbəsinin sabiq müdiri, Ruhiyyə Məhərrəmova həmin şöbənin sabiq baş mütəxəssisi, Lətafət Cabbarova isə əvvəllər SN İctimai Səhiyyə və İslahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləyib.
Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Səidə Rüstəmovanın vəkili çıxış edərək məlumatların yayılmasının qarşısını almaq məqsədilə jurnalistlərin iştirak etməməsini xahiş edib. Məhkəmə bu vəsatəti təmin etməyib. Ruhiyyə Məhərrəmovanın vəkili də müvəkkilinin ev dustaqlığı vaxtının dəyişdirilməsini istəsə də, bu vəsatət də rədd edilib. Daha sonra dövlət ittihamçısı Babaxan Həsənəliyev ittiham aktını elan etməyə başlayıb. İttiham aktının davamı növbəti məhkəmə iclasında elan olunacaq; bu iclas dekabrın 4-nə təyin edilib.
Baş Prokurorluğun yaydığı məlumata görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində SN vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə araşdırma aparılıb. İbtidai istintaq müəyyən edib ki, Səidə Rüstəmova digər şəbəkə üzvləri ilə birlikdə çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət alıb. Onlar qanunsuz olaraq həkimlərin ixtisaslarını dəyişdirib, onları tibbi fəaliyyətlə, xüsusilə də plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olmaq hüququ verən sertifikasiya imtahanlarına buraxıblar. Həmçinin, saxta qiymətləndirmələr ilə müvafiq sertifikatlarla təmin olunublar. İstintaq Səidə Rüstəmova tərəfindən vəzifəli şəxslərin qərarlarına qanunsuz təsir etməsinə və cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına daşınmaz əmlakın alınması yolu ilə leqallaşdırmasına əsaslı şübhələr olduğunu da müəyyən edib.
Toplanan sübutlar əsasında Səidə Rüstəmovaya külli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma, nüfuz alveri və vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb. Ruhiyyə Məhərrəmova və Lətafət Cabbarovaya isə bu cinayət əməllərinə köməkçilik etməklə bağlı ittihamlar elan edilib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onlar barəsində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib. Qeyd edilən cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslər barəsində isə cinayət işi ayrıca icraata ayrılıb və ibtidai istintaqı hələ də davam edir.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna...
Azəri Xəbər

Ali təhsil ilə bağlı Nazirlər Kabinetindən QƏRAR
Bugun.az

Daha bir ölkə birdəfəlik plastik torbalardan imtin...
Son Xeberler

Hərbi vəzifəlilərin təlim toplanışı başa çatdı - F...
Bugun.az

İlham Əliyevdən yeni təyinatlar - SƏRƏNCAM
Bugun.az

Qalmaqallı plastik cərrahın lisenziyası ləğv edild...
Bugun.az



