Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Qalmaqallı plastik cərrahın lisenziyası ləğv edildi

06.02.2025 07:25 129 baxış sayı 2 dəq. oxuma Metbuat
Qalmaqallı plastik cərrahın lisenziyası ləğv edildi

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi 10-a yaxın plastik cərrahın sertifikasiya şəhadətnaməsini ləğv edib. Bununla da lisenziyası ləğv edilən plastik cərrahların sayı 6-ya çatıb.

Metbuat.az bildirir ki, lent.az saytı lisenziyası ləğv edilən daha bir plastik cərrahın kimliyini öyrənib.

O “Azər-Türk Med” klinikasında plastik cərrah kimi faliyyət göstərən Təbəssüm Qurbanovadır.

Təbəssüm Qurbanova bir müddət əvvəl əməliyyat zamanı canlı açdığı üçün medianın gündəminə gəlmişdi.

Mediada yayılan məlumatlara görə, Təbəssüm Qurbanova “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədiri hazırda isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun yaxın qohmudur.

Qeyd edək ki, bundan əvvəl plastik cərrahlar – Sevinc Heydərova, Bəhicə Kərimova, Rəna Quliyeva, Könül Ağamirova və Şövkət Əliyevanın da lisenziyalarının ləğv olunmasına dair xəbər vermişdik.

Bununla da lisenziyası ləğv olunan plastik cərrahların sayı 6-ya çatıb.

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: