
Prokuror: Arayik Harutyunyanın cinayətlərdə iştirakı sübutlarla təsdiqlənib - MƏHKƏMƏ

Noyabrın 6-da Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Dövlət ittihamını müdafiə edən prokurorlar ittiham çıxışı ediblər. Məhkəmə iclasında təqsirləndirilən şəxslərin cinayətkar birliyin tərkibindəki rollarını təsdiqləyən sənədlərin və sübutların elan olunmasına başlanılıb. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev Harutyunyan Arayik Vladimirə (Vladimiroviç) aid hissələri diqqətə çatdırıb. Bildirilib ki, Arayik Harutyunyanın 1991-ci ilin dekabr ayında cinayətkar birliyə qoşulmasından 20 sentyabr 2023-cü ilədək olan dövrdə fərqli funksiyaları yerinə yetirməsi sübut olunub. Bu sübutlar onun cinayətkar birlik tərəfindən törədilmiş bütün cinayətlərdə həm birbaşa, həm də dolayısı yolla iştirak etdiyini təsdiqləyir.
Tədqiq edilmiş materiallar Harutyunyanın yalnız adi iştirakçı olmadığını göstərir. Bir materiala görə, Arayik Harutyunyan hələ 1990-cı illərdə Azərbaycana qarşı törədilən cinayətlərdə qardaşı ilə birlikdə iştirak edib. Onun Kərkicahan qəsəbəsində və Xocalıda gedən döyüşlərə qatılması da təsdiqini tapıb. Bu faktlar sübut edir ki, Harutyunyan düşmən ordusunun döyüş qabiliyyətinin təmin edilməsində bilavasitə iştirak edib. O, həmçinin silahlı dəstələrin fasiləsiz təchizatında və onların qanunsuz hərbi əməliyyatlar apara bilmək imkanlarının saxlanılmasında birbaşa rol oynayıb.
Məhkəmədə təqdim edilən videomateriallar təqsirləndirilən şəxsin yalnız Azərbaycanın işğal altında olmuş ərazilərinə səfər etmədiyini göstərir. Videolar onun döyüş mövqelərinin yoxlanılması, oradakı qüvvələrin potensialının öyrənilməsi, eləcə də hərbi əməliyyatların davamlılığını təmin etməyə yönələn fəaliyyətlərdə birbaşa iştirak etdiyini sübut edir. Bu fəaliyyətlər onun Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı aparılan silahlı təcavüzün informasiya, təşkilati və kadr təminatı istiqamətində mühüm işlər gördüyünü təsdiqləyir. Harutyunyan Azərbaycan xalqına, xüsusən dinc əhaliyə qarşı çoxsaylı cinayətlərin və terror aktlarının törədilməsində iştirak edib. O, hətta törətdiyi bu əməlləri sosial şəbəkələr vasitəsilə dünyaya çatdırmaqdan da çəkinməyib. Cinayətlərdə iştirakı sübutlarla təsdiqlənib.
Qeyd edək ki, hazırda Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə, eləcə də müharibə cinayətləri törətməkdə ittiham olunan Ermənistan vətəndaşlarının məhkəməsi davam edir. Təqsirləndirilən şəxslər təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama kimi bir çox fərqli ağır cinayətlərdə ittiham edilirlər.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Ermənistanda əsirlikdə olmuş azərbaycanlıların işg...
Azəri Xəbər

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin tör...
Azəri Xəbər

Arayik və erməniəsilli digər şəxslərin məhkəməsi k...
Bugun.az

Ermənistanın əsirliyində və girovluğunda olmuş azə...
Azəri Xəbər

Azərbaycan “Eurovision”da iştirakını təsdiqlədi
Son Xeberler

Əkrəm İmamoğlunun məhkəməsi təxirə salındı
Bugun.az



