
Son Xeberler
9 abunə
Azərbaycan “Eurovision”da iştirakını təsdiqlədi
18.09.2020 08:34
562 baxış sayı
2 dəq. oxuma

Azərbaycanın “Eurovision-2021” mahnı müsabiqəsində iştirakı təsdiqlənib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib.
18, 20 və 22 may tarixlərində Rotterdamda baş tutacaq "Eurovision-2021" mahnı müsabiqəsində ölkəmizi Efendi (Samirə Əfəndiyeva) təmsil edəcək.
Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Eurovision"un Azərbaycanda rəsmi yayım hüququ İTV-yə məxsusdur.
Yarışmanın Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.
Oxşar xəbərlər

Kirkorovdan Azərbaycana “Eurovision” namizədi ilə...
Son Xeberler
540
25/09 09:13

Gələn il “Eurovision” bu tarixlərdə keçiriləcək
Şou Xəbər
613
15/06 14:15

Ermənilər muzdluları cəlb etdiyini bu “qanun”la et...
Son Xeberler
533
13/10 12:17

“Apple” təsdiqlədi:
Son Xeberler
640
31/07 18:25

Milli Məclis Suqovuşan adının bərpasını təsdiqlədi
Son Xeberler
488
06/10 08:19

İngiltərədən sonra Kanada da təsdiqlədi
Son Xeberler
577
10/12 14:39