
Peyvəndlər autizmə səbəb olur?

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) peyvəndlərin autizmə səbəb olmadığına dair rəsmi məlumat yayımlayıb. Qurum bildirir ki, aparılan tədqiqatlar peyvəndlərlə autizm spektr pozğunluğunun inkişafı arasında heç bir əlaqənin olmadığını göstərib. Beləliklə, beynəlxalq tibb cəmiyyəti bu mövzuda illərdir yayılan iddiaları təkzib edir. CDC-nin məlumatı peyvəndlərin təhlükəsizliyini bir daha vurğulayır.
Bu açıqlama, ABŞ Prezidenti Donald Trampın sentyabr ayında irəli sürdüyü iddialara cavab olaraq gəlir. Tramp son 30 ildə autizmin həddən artıq çoxalmasının peyvəndlərlə əlaqəli olduğunu iddia etmişdi. O, 2000-ci ildə hər 150 uşaqdan birinə autizm diaqnozunun qoyulduğunu xatırlatmış və bunun CDC statistikasında göstərildiyini bildirmişdi.
Lakin beynəlxalq mərkəzlər və mütəxəssislər autizm hallarında müşahidə edilən artımı fərqli izah edirlər. Onlar qeyd edir ki, son illərdə autizm spektr pozğunluğu faktiki olaraq o qədər də artmayıb. Əsas səbəb sadəcə autizmin diaqnostikasının inkişaf etməsidir. Yeni və daha dəqiq diaqnostika metodları sayəsində əvvəllər aşkarlanmayan halların artıq qeydə alınması, statistikada nisbi artım görüntüsü yaradır.
Biologiya və biotexnologiya sahəsində yazıram. Genetika və yeni tibbi texnologiyalar çox maraqlı mövzulardır.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

COVİD-19 vaksinləri nə zaman paylanılacaq? -
Son Xeberler

Balıqla qatığı eyni anda yemək zəhərlənməyə səbəb...
Tibbi məlumatlar

ÜST-dən XƏBƏRDARLIQ -
Son Xeberler

Həddindən artıq duz yemək nəyə səbəb olur?
Tibbi məlumatlar

ÜST-dən koronavirusla bağlı
Son Xeberler

Vaksinlər qarışdırılaraq vurulacaq
Son Xeberler



