
Naxçıvan Ali Məclisinin Zəfərin 5-ci ildönümünə həsr olunan iclası keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Zəfərin 5-ci ildönümünə həsr olunan iclası keçirilib. Ali Məclis sədrinin I müavini Bəxtiyar Məmmədov çıxış edərək xatırlatdı ki, beş il əvvəl, noyabrın 8-də, Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz 44 günlük Vətən müharibəsini tarixi qələbə ilə bitirdi.
O bildirdi ki, bu şanlı Zəfər və sonrakı antiterror tədbirləri sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tamamilə bərpa edilib. İclasda deputat Əziz Qasımov Zəfər Gününün ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Bəyanatını oxudu. Bəyanat dinlənildikdən sonra səsə qoyularaq qəbul edildi. Bəyanatda qeyd olunur ki, tarixi Zəfəri şərtləndirən əsas amil Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən milli inkişaf strategiyasıdır.
Həyata keçirilən iqtisadi islahatlar, idarəetmənin təkmilləşdirilməsi, vətəndaş məmnunluğuna nail olunması və qanunvericilik bazasının zənginləşdirilməsi təkmil siyasi sistem və dövlət idarəçilik mexanizmi formalaşdırıb, əhalinin rifahı yüksəlib. Sosial-iqtisadi inkişafla yanaşı, milli ruhda sağlam gənc nəslin yetişdirilməsi də əsas istiqamət kimi qəbul edilib. Silahlı Qüvvələrimizin maddi-texniki bazasının, döyüş qabiliyyətinin və peşəkarlığının davamlı artırılması güclü müdafiə potensialı yaradıb. Beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan xarici siyasət kursu ölkəmizin dünya birliyindəki mövqeyini möhkəmləndirib. Bütün bu nailiyyətlər xalqı milli amallar uğrunda birləşdirdi, Xalq-Lider birliyini təmin etdi. Beləliklə, Azərbaycan həm döyüş meydanında, həm də siyasi-diplomatik müstəvidə böyük Qələbə qazandı.
Azərbaycan Prezidentinin təşəbbüsü ilə reallaşan sülh prosesi və onun məntiqi davamı olan Zəngəzur dəhlizi yalnız Cənubi Qafqazın deyil, qlobal miqyasda yeni münasibətlər sisteminin prioritetlərini müəyyənləşdirir. Zəngəzur dəhlizi iqtisadi, nəqliyyat və enerji əlaqələrinin, yeni kommunikasiya xətlərinin yaranmasına və regionun dayanıqlı inkişafına xidmət edəcək. Bu dəhliz "Orta dəhliz" adlanan beynəlxalq nəqliyyat marşrutunun əsas həlqələrindən birinə çevriləcək, qitələr arasında daha qısa, təhlükəsiz və səmərəli logistika xətti quracaq.
Naxçıvanın ölkənin digər bölgələri ilə birbaşa quru əlaqəsinin bərpası muxtar respublikanın sosial-iqtisadi inkişafında yeni mərhələnin əsasını qoyacaq. Ölkə Prezidentinin diqqəti ilə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı islahatlar gələcək inkişaf perspektivlərinə yönəlib. İclasın davamında deputat, şəhid anası Gülşad Rüstəmova Zəfər Günündən danışaraq Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq etdi. Sonda gündəlikdə olan digər qərar layihələri müzakirə olunaraq qəbul edildi.
Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bakıda hərbi parada hazırlıq başlayıb
Azəri Xəbər

Naxçıvan MSK-nın sədri seçildi
Bugun.az

Zəfərin 5-ci ildönümünə həsr edilən ağacəkmə aksiy...
Azəri Xəbər
Zəfərin 5-ci ildönümünə həsr olunmuş voleybol üzrə...
Azəri Xəbər
Hərbi Prokurorluqda Zəfər gününə həsr olunan tədbi...
Azəri Xəbər

Azərbaycanda nazir vəzifəsindən azad edildi
SON Xəbər



