
Bakıda hərbi parada hazırlıq başlayıb

Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi paradla bağlı məşqlərə başlanılıb. Paytaxt sakinləri artıq hazırlıqların şahidi olurlar.
Hazırlıqlar çərçivəsində paytaxt səmasında hərbi təyyarələrin uçuşu müşahidə edilir. Bu ilki hərbi parad noyabrın 8-də keçiriləcək. Mərasim paytaxtın mərkəzi hissəsində, Azadlıq meydanında təşkil olunacaq.
Azərbaycan hərbçilərinin parad ənənəsi davam edir. Xatırladaq ki, 2020-ci il dekabrın 10-da Vətən müharibəsində qələbə şərəfinə ilk Zəfər paradı məhz Azadlıq meydanında keçirilmişdi. Daha sonra, 2023-cü il noyabrın 8-də Zəfərin üçüncü ildönümünə həsr olunan parad Xankəndi şəhərində olmuşdu. Bu il keçiriləcək mərasim tarixi zəfərin 5-ci ildönümünü qeyd edəcək.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Hərbi paradda nələr nümayiş etdiriləcək? -
Son Xeberler

WUF13-ün rəsmi sosial media səhifələri fəaliyyətə...
Azəri Xəbər

“Zəngəzurun itkisi yaxın gələcəyin məsələsi olacaq...
Son Xeberler

Bakıda Qələbə paradı başladı -
Son Xeberler

Sabah Bakıda Zəfər paradı keçiriləcək
Son Xeberler

Bakıda bayram konserti nəzərdə olacaq?
Bugun.az



