"Nar"da növbəti avtomobil qalibi bəlli olacaq – Həyəcan dolu anlar bu axşam

03.11.2025 14:37 8 baxış sayı 2 dəq. oxuma Report
"Nar"da növbəti avtomobil qalibi bəlli olacaq – Həyəcan dolu anlar bu axşam

Sərfəli mobil operator Nar-ın təşkil etdiyi "Çoox Şanslı" lotereyası çərçivəsində bu axşam ikinci avtomobil tirajı keçiriləcək. Artıq növbəti Haval H6 Ultra avtomobilinin sahibi bu gün bəlli olacaq. Təkcə avtomobil deyil, daha üç Nar abunəçisi "Xiaomi Redmi Note 14 Pro" smartfonunu da qazanacaq. Qaliblərin adları təsadüfi seçim əsasında müəyyən edilir. Bütün nəticələr canlı yayımda elan olunur, bu da prosesin şəffaflığını təmin edir.


Bu lotereya ilin sonuna qədər davam edir. Nar abunəçiləri hər gün "Xiaomi Redmi Note 14 Pro" smartfonu, hər həftə "Haval H6 Ultra" avtomobili qazanmaq şansı əldə edirlər. Lotereyanın finalında isə böyük mükafat, "Li L9 Ultra" avtomobili tiraj olunacaq. Abunəçilər ilboyu fərqli hədiyyələr qazanma imkanına sahibdirlər.


"Çoox Şanslı" lotereyasında iştirak etmək çox sadədir. Abunəçilər sadəcə balanslarını artıra və ya şans qazandıran xüsusi paketlərdən birini aktivləşdirə bilərlər. Məsələn, 1 AZN-lik şanslı paketə daxil olan 3 şans və 15 şəbəkədaxili danışıq dəqiqəsini *71#YES; 2 AZN-lik paketə daxil olan 7 şans və 35 dəqiqəni *72#YES; 3 AZN-lik paketə daxil olan 12 şans və 55 dəqiqəni isə *73#YES nömrəsini yığaraq aktivləşdirmək mümkündür. Hər balans artımı və ya paket aktivləşdirilməsi abunəçiyə əlavə şans qazandırır, beləliklə, qalib olmaq ehtimalını artırır.


Abunəçilər öz şanslarının sayını və "Çoox Şanslı" lotereyasında iştirak statuslarını asanlıqla izləyə bilirlər. Bu məlumatları Nar+ tətbiqi və ya operatorun nar.az veb səhifəsindəki xüsusi lotereya bölməsində yoxlamaq mümkündür.


E
Maliyyə siyasəti şərhçisi

Vergi siyasəti və dövlət büdcəsi haqqında yazıram. Rəqəmlərlə işləməyi xoşlayıram və bunu oxuculara anlaşıqlı şəkildə çatdırmağa çalışıram.

Bütün məqalələrə baxın
Paylaş: