Müşavir: Konqo tarixinə aid bütün materiallar Belçikanın əlindədir

30.10.2025 08:17 5 baxış sayı 2 dəq. oxuma Report
Müşavir: Konqo tarixinə aid bütün materiallar Belçikanın əlindədir

Konqo Demokratik Respublikasının (KDR) Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin müşaviri Kitulu Aduyenzi Konqonun öz tarixinə dair sənədlərə çıxışının olmadığını bildirib. O, bütün materialların Belçikanın əlində olması səbəbindən Konqonun bir dövlət olaraq öz arxivinə çıxa bilmədiyini söyləyib. Aduyenzi bu məsələni Bakı Dövlət Universitetində "Mərkəzi Afrikada Belçika müstəmləkəçiliyi və onun bu günə qədər davam edən ağır fəsadları" mövzusunda keçirilən müzakirədə gündəmə gətirib.


Müşavirin sözlərinə görə, bu vəziyyət Konqoluların bir xalq kimi inkişaf etməsinə ciddi şəkildə mane olur. Konqo dövləti öz tarixi arxivlərinə çıxa bilmədiyi üçün tarixi kimliyini formalaşdırması da çətinləşir. O, konqoluların niyə ayağa qalxmadığı ilə bağlı suala cavab verib. Aduyenzi qeyd edib ki, ilk növbədə BMT-yə müraciət etmək lazımdır. Ancaq Konqonun dövlət olaraq öz tarixi və arxivinə çıxış imkanı yoxdur, çünki bütün Konqo tarixinə aid materiallar hələ də Belçikanın nəzarətində qalır.


Kitulu Aduyenzi müstəmləkə tarixininə olan laqeyd münasibətin aradan qaldırılması üçün təzyiq amilinin vacib olduğunu vurğulayıb. Bu, xüsusilə vətəndaşların, o cümlədən gənc nəslin və gənc tədqiqatçıların mövzu ilə bağlı aydın mövqe ortaya qoymasından ibarətdir. Müşavir müstəmləkəçilik keçmişi ilə bağlı Belçikadan rəsmi üzr istəməyin gözlənildiyini xatırladıb. Lakin o, qarşı tərəfin yalnız təəssüfləndiklərini bildirməklə kifayətlənmələrini məyusluqla ifadə edib. Qeyri-qətiyyətli cavab Konqo nümayəndəsinin fikrincə, keçmiş müstəmləkə gücünün öz tarixi məsuliyyətini tam dərk etmədiyini göstərir.


F
Parlament müxbiri

Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: