Misirə vizanın qiyməti artıb

02.12.2025 17:46 9 baxış sayı 1 dəq. oxuma Report
Misirə vizanın qiyməti artıb

Misir Ərəb Respublikası ölkəyə giriş vizasının haqqını artırmaq barədə qərar qəbul edib. Prezident Əbdülfəttah əs-Sisi bu qərarla bağlı müvafiq göstəriş verib. Misir vizasının qiymətinin qalxması turistlər üçün əhəmiyyətli xərc dəyişikliyi deməkdir.


Verilən göstərişə əsasən, Misir vizasının qiyməti 20 dollardan 45 dollara qaldırılıb. Bu artım Misirə səyahət edən hər kəsə şamil ediləcək. Bu barədə məlumat Misir liderinin imzaladığı rəsmi fərmanda qeyd olunur.


Sənəddə həmçinin yeni viza rüsumu tətbiq edilməsinin vaxtı göstərilib. Fərman noyabrın 30-da imzalanmışdı. Qeyd olunur ki, sənəd imzalandıqdan bir gün sonra qüvvəyə minib.


M
Turizm müxbiri

Turizm və səyahət sənayesi haqqında yazıram. Azərbaycanda və xaricdə marqlı yerləri kəşf etmək xoşuma gəlir.

Bütün məqalələrə baxın
Paylaş: