Azərbaycan nefti cüzi bahalaşıb

13.06.2020 07:29 644 baxış sayı 1 dəq. oxuma
Azərbaycan nefti cüzi bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,04 ABŞ dolları, yaxud 0,1% artıb.


“Azeri Light” markalı neftin bir barelinin qiyməti 40,37 ABŞ dolları təşkil edib.


Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: