Mədəniyyət naziri Daşkənddə Nazirlər Konfransında çıxış edib (FOTO)

15.11.2025 06:56 6 baxış sayı 3 dəq. oxuma Trend
Mədəniyyət naziri Daşkənddə Nazirlər Konfransında çıxış edib (FOTO)

Noyabrın 13-dən 15-dək Özbəkistanın paytaxtı Daşkənddə "Mərkəzi Asiyada mənəvi irs və maarifçilik" mövzusunda beynəlxalq konqres keçirilib. Mədəniyyət Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan nümayəndə heyəti də bu tədbirdə iştirak edib. Heyətə mədəniyyət naziri Adil Kərimli rəhbərlik edirdi.


Konqresdə beş Mərkəzi Asiya ölkəsi - Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Qırğızıstan təmsil olunurdu. Tədbir çərçivəsində noyabrın 14-də Nazirlər Konfransı təşkil edildi. Konfransın açılış nitqi ilə çıxış edən Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, dost ölkələri bir araya gətirən bu beynəlxalq konqresin önəmini qeyd etdi. O, bu tədbirin ölkələr arasında mədəni əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirdi.


Konfransda çıxış edən Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ölkəmizi bu mötəbər tədbirə dəvət etdiklərinə görə özbəkistanlı həmkarına təşəkkürünü çatdırdı. Nazir bildirdi ki, Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verir. O, son illərdə bu beş dost ölkə ilə əlaqələrin sürətlə inkişaf etdiyini vurğuladı. Nazir qeyd etdi ki, mədəniyyət sahəsində əməkdaşlıq ildən-ilə dərinləşir və bu, ölkələr, xalqlar arasında etibarlı bir körpüdür.


Adil Kərimli həm ötən il, həm də bu il qardaş ölkələrin mədəni həyatı üçün əlamətdar hadisələr olduğunu dilə gətirdi. Qarşılıqlı mədəniyyət günləri, beynəlxalq festivallarda iştirak, bədii kollektivlərin səfərləri, həmçinin elm, təhsil qurumları və yaradıcılıq təşkilatları arasında əməkdaşlığın genişlənməsi bu əlaqələrin yüksək səviyyədə olmasından xəbər verir. Nazir əlavə etdi ki, ölkə rəhbərlərinin qarşıya qoyduqları vəzifələrin icrası ilə bu istiqamətdə yeni parlaq səhifələr yazılacağına inanır. Bu fəaliyyətlər çoxəsrlik mədəni zənginliklərimizin təbliği üçün də vacibdir.


Daha sonra Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva, Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen, Türkmənistanın mədəniyyət naziri Atageldi Şamıradov, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambataliyev çıxış etdilər. Nazirlər öz çıxışlarında mədəni inteqrasiyanın əhəmiyyətini vurğuladılar və əməkdaşlığın dərinləşdirilməsi üçün gələcək planları müzakirə etdilər.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: