Maliyyə Nazirliyi: Pensiya sisteminin maliyyə dayanıqlılığında risk yoxdur

17.10.2025 10:36 5 baxış sayı 2 dəq. oxuma Report
Maliyyə Nazirliyi: Pensiya sisteminin maliyyə dayanıqlılığında risk yoxdur

Azərbaycanın pensiya sisteminin maliyyə dayanıqlılığında hər hansı risk müşahidə olunmur.


Bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.


Nazirlik bəyan edib ki, qurum fiskal orqan olaraq ənənəvi qaydada hər il olduğu kimi, bu il də ölkənin ortamüddətli və uzunmüddətli dövrdə qarşılaşacağı fərqli sosial-iqtisadi, humanitar və fiskal riskləri öz təhlillərinə daxil edir.


O, həmçinin bu risklərin uzunmüddətli perspektivdə qarşısının alınması üçün baxışlarını təqdim edir.


Nazirliyin dərc etdiyi "Ortamüddətli Xərclər Çərçivəsi" sənədinin orta və uzunmüddətli risklərin qiymətləndirilməsi bölməsində qeyd edilib ki, hazırda ölkəmizdə ortamüddətli dövrdə fiskal dayanıqlıq, o cümlədən pensiya sisteminin maliyyə dayanıqlılığında vəziyyət qənaətbəxşdir.


Hər hansı risk əlamətləri müşahidə olunmur.


"Ortamüddətli Xərclər Çərçivəsi" sənədinin əhatə etdiyi 2026-2029-cu illərdə hökumətin qarşısında duran əsas və prioritet vəzifələrdən biri ölkə əhalisinin sosial rifahının yüksəldilməsi və həyat keyfiyyətinin davamlı şəkildə yaxşılaşdırılması olacaq.


Bu məsələ daimi nəzarətdə qalacaq.


K
Bank sektoru müxbiri

Bank sektoru və maliyyə xidmətləri haqqında yazıram. Əvvəllər bankda işləmişəm, indi isə bu təcrübəmi jurnalistikada istifadə edirəm.

Bütün məqalələrə baxın
Paylaş: