Makron: ABŞ-nin Ukrayna ilə bağlı təklif etdiyi plan Aİ ilə razılaşdırılmalıdır

22.11.2025 18:16 8 baxış sayı 2 dəq. oxuma Report
Makron: ABŞ-nin Ukrayna ilə bağlı təklif etdiyi plan Aİ ilə razılaşdırılmalıdır

Fransa Prezidenti Emmanuel Makron, Rusiya-Ukrayna müharibəsini yalnız ABŞ-nin təklifi əsasında bitirməyin, Avropa İttifaqı ölkələri ilə əlaqələndirmə olmadan mümkünsüz olduğunu deyib. O, bu açıqlamanı Yohannesburqda keçirilən "G20" sammiti çərçivəsində jurnalistlərə verib. Makron vurğulayıb ki, münaqişənin Avropa təhlükəsizliyinə ciddi təsiri səbəbindən, hər hansı sülh planı birinci növbədə Avropa İttifaqı ölkələri ilə koordinasiya edilməlidir.


Fransa Prezidenti qeyd edib ki, hazırkı Amerika planı avropalılarla hələ razılaşdırılmayıb və o, avropalıları narahat edən müxtəlif müddəaları ehtiva edir. O, Avropanın bu prosesdə açar rol oynadığını göstərən bir sıra məqamları sadalayıb. Məsələn, dondurulmuş aktivlər hazırda Avropanın əlindədir. Eyni zamanda, Ukraynanın Avropaya inteqrasiyası da Avropanın nəzarətində olan bir məsələdir. NATO-nun atdığı addımlar da təşkilatın üzvü olan ölkələrin qərarıdır.


Makronun sözlərinə görə, bu qədər vacib məsələlər sadəcə Amerikanın təklifi olaraq qala bilməz. Belə bir sülh təşəbbüsü daha geniş və əhatəli koordinasiya tələb edir. Avropanın siyasi və maliyyə məsələlərindəki mərkəzi rolu onun qərar qəbul etmə prosesinə tam daxil edilməsini zəruri edir. Bu bəyanatdan əvvəl, ABŞ prezidenti Donald Tramp ABŞ-ın Ukraynada nizamlanma planının hələ yekunlaşmadığını açıqlamışdı.


S
Beynəlxalq münasibətlər analitiki

Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: