
ABŞ-nin planı Ukrayna ilə müharibədən sonra Rusiyaya qarşı sanksiyaların ləğvini nəzərdə tutur

ABŞ tərəfindən Rusiya‑Ukrayna müharibəsinin həlli ilə bağlı təklif olunan plan, həmçinin Rusiyaya qarşı sanksiyaların ləğvini və hərbi cinayətlərin araşdırılmasının dayandırılmasını nəzərdə tutur.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən Moskva ilə məsləhətləşmələr əsasında hazırlanmış planı nəzərdən keçirməsi barədə siqnallar alıb.
Agentliyin məlumatına əsasən, plan Ukraynadan Donbasın şərqindəki bəzi ərazilərin Rusiyaya verilməsini, sanksiyaların ləğvini və hərbi cinayətlərin araşdırılmasının dayandırılmasını nəzərdə tutur. Bundan əlavə, Kiyev ordunun sayının məhdudlaşdırılmasına razılıq verməli olacaq.
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Tramp Suriyanı İŞİD-ə qarşı koalisiyaya daxil etmə...
Azəri Xəbər
ABŞ Senatında Rusiyaya təzyiqlərin artırılmasını n...
Azəri Xəbər

BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və Daxi...
Son Xeberler

Avstriya Rusiya əleyhinə sanksiyalara razılaşdı
Bugun.az
ABŞ Rusiyaya qarşı sanksiyaları gücləndirəcək
Azəri Xəbər

Trampın Ukrayna barədə sülh planı bəlli oldu
Bugun.az



