
Londonda Azərbaycanın iqtisadi uğurları müzakirə olunub

Azərbaycanın Böyük Britaniyadakı səfirliyində ölkənin iqtisadi uğurları və perspektivləri haqqında mühüm tədbir keçirilib. "Azərbaycanın Suveren Kredit Reytinqi və İqtisadi Perspektivləri: Qafqazın və Mərkəzi Asiyanın Regional Potensialının Aşkarlanması” mövzusunda baş tutan bu tədbirə Britaniyanın qabaqcıl şirkətlərindən azərbaycanlı və xarici mütəxəssislər qatılıb. Həmçinin, “City of London” Korporasiyasının və dövlət qurumlarının nümayəndələri, iqtisadi sahə üzrə bir sıra ekspertlər də iştirakçılar arasında idi. Müzakirələrin əsas mövzusu Azərbaycanın qlobal maliyyə bazarında investisiya səviyyəsinə yüksəlməsi və bunun regional inkişafa təsiri olub.
Tədbirin moderatoru, “Oliver Wyman” şirkətinin tərəfdaşı Camal İsmayılov Azərbaycanın cari ildə iqtisadi inkişaf yolunda əldə etdiyi əhəmiyyətli nailiyyəti qeyd edib. O, “Moody’s” Beynəlxalq Reytinq Agentliyinin Azərbaycan Respublikasının suveren kredit reytinqini "Ba1" səviyyəsindən "Baa3" investisiya səviyyəsinə qaldırdığını vurğulayıb. Camal İsmayılov bildirib ki, hökumət son on il ərzində iqtisadi sahədə aydın, məqsədyönlü bir strategiya həyata keçirib. Bu strategiya ölkənin iqtisadi dayanıqlılığını gücləndirib və uzunmüddətli rəqabət qabiliyyətini artırıb. O əlavə edib ki, "Moody’s" və digər reytinq agentliklərinin müsbət qərarı, ölkədə aparılan islahatlara böyük etimadın nəticəsidir. Bu nailiyyət Azərbaycanı institusional islahatları dərinləşdirməyə və özəl sektoru genişləndirməyə sövq etməlidir.
Panel müzakirə zamanı “Moody's” Kredit Agentliyinin vitse-prezidenti Daniela Re Frasçini və “Oppenheimer & Co” İnvestisiya Bankının aparıcı analitiki Gabin Levy çıxış etdilər. Onlar Azərbaycanın fiskal siyasəti, makroiqtisadi göstəriciləri, neftdən asılılığın azaldılması istiqamətindəki səyləri və iqtisadi şaxələndirmə haqqında ətraflı məlumat verdilər. Mütəxəssislər, həmçinin, ölkənin institusional islahatlarının və maliyyə imkanlarının, eləcə də Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda nəqliyyat, logistika və iqtisadi inteqrasiya baxımından strateji mövqeyinin reytinq qərarını əsaslandırdığını bildirdilər. Xüsusi olaraq qeyd olundu ki, 8 avqust Vaşinqton sammitindən sonra Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ölkənin investisiya reytinqinin yüksəlməsinə əhəmiyyətli müsbət təsir göstərib.
Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov çıxışında ölkənin nailiyyətlərini Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uzaqgörən siyasi, iqtisadi və sosial islahatların nəticəsi adlandırıb. Səfir həmçinin vurğuladı ki, Azərbaycanla Ermənistan arasında ilkin sülh razılaşmasının imzalanması və normallaşma prosesi təkcə iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üçün yeni imkanlar açır. Bu proses regional ticarət və nəqliyyat dəhlizlərinin daha effektiv işləməsinə, enerji və logistika layihələrinin genişlənməsinə, iqtisadi əməkdaşlığın və investisiya axınlarının artmasına əlverişli şərait yaradacaq.
Tədbirin sonunda mühüm bir elan verildi: Azərbaycan - Britaniya Biznes Şurasının təsis edilməsi. Bu təşkilatın əsas məqsədləri iki ölkə arasında ticarət və iqtisadi əlaqələri gücləndirmək, biznes subyektləri arasında əlaqələrə dəstək vermək, ikitərəfli ticarəti, təcrübə və bilik mübadiləsini təşviq etməkdir. Şura həmçinin biznes icmasının maraqlarını müdafiə etməyi və mədəni sahədə əlaqələri möhkəmləndirməyi planlaşdırır.
Bank sektoru və maliyyə xidmətləri haqqında yazıram. Əvvəllər bankda işləmişəm, indi isə bu təcrübəmi jurnalistikada istifadə edirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

“Azərbaycan Ordusunun uğurları yeni imkanlar yarad...
Son Xeberler

Azərbaycanla ABŞ arasında iqtisadi-ticarət əlaqələ...
Bugun.az

Londonda fövqəladə vəziyyət rejimi elan edilib
Son Xeberler

Pul Köçürmələrinə Nəzarət Gücləndirilir
Bugun.az

“Karabakh is Azerbaijan” London küçələrində -
Son Xeberler

Nazarbayevin qalmaqallı nəvəsi Londonda öldü
Son Xeberler
 
                                        


