
Laçının Qorçu qəsəbəsində gələn il tikinti işlərinə başlanması nəzərdə tutulub
Laçın rayonunun Qorçu qəsəbəsində ilkin olaraq söküntü işlərinə start verilib. Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Rafiq Salmanov bu barədə məlumat verdi. O bildirdi ki, bu addım əsaslı tikinti işlərinə hazırlıq məqsədi daşıyır. Ümumilikdə 319 yararsız tikilinin sökülməsi həyata keçirilir. Söküntü işlərinin təxminən iki ay ərzində tamamlanması planlaşdırılır. “EL SEYM” şirkəti tərəfindən aparılan bu iş 300 hektar ərazini əhatə edir. Qorçu qəsəbəsinin yenidən qurulması layihəsi ölkədə həyata keçirilən Böyük Qayıdış proqramının tərkib hissəsidir.
Söküntü prosesi başa çatdıqdan sonra, 2026-cı ildə Qorçu qəsəbəsində birinci mərhələyə aid tikinti işlərinə başlanması nəzərdə tutulub. Bu mərhələdə 250 fərdi yaşayış evinin inşası üçün layihə-smeta sənədləri artıq hazırlanıb. Fərdi evlərin tikintisi ilə yanaşı, qəsəbədə zəruri sosial obyektlər də inşa ediləcək. Bunlara 264 yerlik məktəb, 140 yerlik bağça, tibb məntəqəsi, klub-icma mərkəzi, idman-sağlamlıq mərkəzi və inzibati bina daxildir. Həmçinin, bu mərhələdə qəsəbədaxili yollar da salınacaq. Bu infrastruktur layihələri əhalinin qəsəbəyə qayıtması üçün yaşayış şəraitini yaxşılaşdırmağa xidmət edir.
“Böyük Qayıdış”a dair II Dövlət Proqramı çərçivəsində Qorçu qəsəbəsinin inşasının növbəti mərhələsi isə 2027–2030-cu illərdə icra olunacaq. İkinci mərhələdə daha 250-300 fərdi yaşayış evinin və üç-dörd mərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi planlaşdırılır. Ümumi hədəf Qorçu qəsəbəsində gələcəkdə min ailənin daimi məskunlaşdırılmasıdır. Məlum olduğu kimi, Qorçu qəsəbəsi istifadəyə verilmiş Laçın Beynəlxalq Hava Limanının yaxınlığında yerləşir. Bu coğrafi yaxınlıq gələcəkdə qəsəbədə məskunlaşan əhalinin iş təminatı üçün böyük əhəmiyyət daşıyacaq.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Laçının Qorçu qəsəbəsində ilkin olaraq söküntü işl...
Azəri Xəbər

Laçında söküntü işlərinə start verildi
Bugun.az

Tikinti müəssisələrində çalışan muzdlu işçilərin s...
Bugun.az

Gələn ildən bu dərmanlar pulsuz veriləcək
AzMedia

Maştağa qəsəbəsində abadlaşdırma işlərinə başlanıl...
Azəri Xəbər

Gürcüstanda azərbaycanlılar yaşayan kənddə sərt ka...
Son Xeberler



