İran Türkiyənin Van şəhərində konsulluq açacaq

30.11.2025 12:15 14 baxış sayı 2 dəq. oxuma Trend
İran Türkiyənin Van şəhərində konsulluq açacaq

İran yaxın gələcəkdə Türkiyənin Van şəhərində özünün Baş Konsulluğunu açmağı planlaşdırır. Bu barədə İranın xarici işlər naziri Seyid Abbas Araqçi noyabrın 30-da Tehranda Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında məlumat verib.


Araqçi bildirdi ki, bu hadisə iki ölkə arasındakı münasibətlər üçün yeni potensial gətirəcək. Van şəhərində yeni konsulluğun açılması İranın Türkiyədəki baş konsulluqlarının sayını artıracaq. Yeni baş konsulluq özünün standart funksiyaları ilə yanaşı, həm də əlavə vəzifələr yerinə yetirəcək. Bu idarə xüsusilə iki ölkənin sərhəd vilayətlərinin əməkdaşlığının inkişafında önəmli rola sahib olacaq. Qeyd edək ki, Türkiyə xarici işlər naziri Hakan Fidan danışıqlar aparmaq məqsədilə Tehrana səfər edib.


İranlı nazir qeyd edib ki, İran və Türkiyə yalnız qonşu deyil, eyni zamanda zəngin tarixi və mədəni bağları olan iki dost və qardaş ölkədir. İllərdir ki, İran və Türkiyə sərhədləri sülh və dostluq sərhədləri kimi tanınır. Bu sıx münasibətlər fonunda, cari il “İran və Türkiyə mədəniyyət” ili adlandırılıb. Bu təyinatla əlaqədar artıq bir çox tədbirlər təşkil olunub.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: