
İran Ərdəbil vilayətində neft və qaz kəşfi aparır

İran hazırda Azərbaycanla sərhəd bölgəsində, ölkənin şimal-qərbində yerləşən Ərdəbil vilayətində geniş neft və qaz kəşfi əməliyyatları həyata keçirir. İranın Milli Neft Şirkətinin Kəşflər İdarəsinin müdiri Mohyeddin Cəfəri yerli mediaya bu barədə məlumat verib. Onun sözlərinə görə, kəşf işləri ikiölçülü və üçölçülü (2D və 3D) əməliyyatlar vasitəsilə aparılır.
Cəfəri deyir ki, Azərbaycanda neft hasilatı və neft rezervuarlarının olması, Ərdəbil vilayətində yeni yataqların aşkar edilməsinə dair ümidləri artırır. Şirkət rəsmisi həmçinin bildirib ki, kəşf əməliyyatları hazırda ölkənin 26 müxtəlif vilayətində davam edir. Bu bölgələrə Xuzistan, Fars, Ərdəbil, Şimali Xorasan, Cənubi Xorasan, Rəzəvi Xorasan, Kirmanşah, İlam və Buşehr kimi yerlər daxildir.
İranın ümumi karbohidrogen ehtiyatı haqqında da məlumatlar açıqlanıb. Ölkənin bütün ehtiyatları 1,2 trilyon barel təşkil edir. İran mövcud texnologiya avadanlıqlarını istifadə edərək bu ehtiyatın 340 milyard barelini çıxara bilər. Beləliklə, İran ehtiyatların təxminən 30%-dən istifadə etmək gücünə malikdir, qalan 70% isə yer altında istifadəsiz qalır.
Daşınmaz əmlak bazarı və tikinti sektoru üzrə yazıram. Bakının necə dəyişdiyini izləmək maraqlıdır.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Azərbaycan və İran arasında birgə sənaye parkı
Son Xeberler

İran Ermənistana məxsus kəşfiyyat PUA-sını vurub
Son Xeberler

Ərdəbildə türklər əleyhinə tədbir keçiriləcək
Bugun.az

İran: "İsrail Hədəf Alırsa..." - Bütün Uçuşlar Day...
Son Xeberler

ABŞ sanksiyalarının İrana vurduğu zərər açıqlandı
Son Xeberler

ABŞ-la İran birbaşa danışıqlara başladı
Son Xeberler