İngiltərə yığmasının müdafiəçisi yayda klubunu tərk edəcək

18.10.2025 09:06 4 baxış sayı 1 dəq. oxuma Report
İngiltərə yığmasının müdafiəçisi yayda klubunu tərk edəcək

İngiltərə yığmasının müdafiəçisi Mark Qehi 2026-cı ilin yayında "Kristal Pelas" klubunu tərk edəcək. Bu xəbəri komandanın baş məşqçisi Oliver Qlasner yerli mətbuata verdiyi açıqlamada təsdiqləyib.


Baş məşqçi Mark Qehinin "Kristal Pelas"la yeni müqavilə imzalamayacağını açıqlayıb. Bu qərar 25 yaşlı futbolçunun karyerasını başqa klubda davam etdirmək istədiyini göstərir.


Müdafiəçi M. Qehi 2021-ci ilin yayında "Çelsi"dən "Kristal Pelas"a transfer olunub. Həmin vaxt futbolçu üçün ödənilən məbləğ 23 milyon avro təşkil edib.


E
Döyüş idmanları müxbiri

Güləş, boks və döyüş idman növləri üzrə mütəxəssisəm. Özüm də 6 il güləşlə məşğul olmuşam, bu mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: