Flik "Barselona"nı tərk edəcək

05.11.2025 09:35 4 baxış sayı 1 dəq. oxuma Trend
Flik "Barselona"nı tərk edəcək

Alman məşqçi Hansi Flikin mövsümün sonunda "Barselona" futbol klubunu tərk etməsi ehtimal olunur.


Xarici KİV-ə istinadən verilən məlumata görə, Flik artıq məşqçilər heyətinə yayda komandadan ayrılmaq niyyəti barədə məlumat verib. Bildirilir ki, bu qərarın əsas səbəbi yorğunluqdur. O, həmçinin klubda işlədiyi müddətdə ciddi məyusluqlar yaşayıb. Alman mütəxəssis bəzi oyunçuların komandaya olan münasibətindən narazıdır.


Hansi Flikin kədərlənməsinə səbəb olan digər bir amil isə rəhbərlikdən lazımi dəstəyin olmamasıdır. Bu çətinliklər onun "Barselona"dakı karyerasını vaxtından əvvəl bitirməsinə təsir edib. Flik 2024-cü ilin yayında "Barselona"ya baş məşqçi təyin olunmuşdu. O, ötən mövsüm ərzində komandaya La Liqa və Kral Kuboku titulunu qazandırmağa nail olmuşdu.


R
İdman redaktoru

Futbol mənim həyatımdır. Uşaqlıqdan bəri stadionlara gedirəm. İndi isə bu barədə yazmaq şansım var. Yerli çempionat və milli komandanı izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: