
Gürcüstana dəmir yolu ilə daxil olmuş yüklərdə Azərbaycan ilk pilləyə yüksəlib
Bu ilin üçüncü rübündə Gürcüstana dəmir yolu ilə daxil olan yüklər arasında Azərbaycan birinci yeri tutub. Bu dövr ərzində Azərbaycandan Gürcüstan ərazisinə ümumi yüklərin 32 %-i, yəni 282,912 min ton məhsul göndərilib. Məlumatı Gürcüstanın Milli Statistika İdarəsi açıqlayıb.
Hesabat göstərir ki, Azərbaycanın bu göstəricidə liderliyinə baxmayaraq, Rusiya da böyük paya sahib olub. Rusiya Gürcüstana daxil olan dəmir yolu yüklərinin 29,1 %-ni təmin edib. Digər ölkələrin ümumi payı isə 38,9 % təşkil edib. Hesabat dövründə Gürcüstanın dəmir yolları ilə cəmi 3,5 milyon ton yük daşınıb.
Daşınan 3,5 milyon tonluq ümumi yük həcmi, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 % azalıb. Ümumi yüklərin böyük hissəsi tranzit daşımaların payına düşür, bu da 58,1 %-dir. Beynəlxalq yüklər 32,4 %, ölkədaxili yüklər isə 9,5 % təşkil edib. Yükdaşımaların əsas tərkibini isə 37,7 % ilə koks və emal olunmuş neft məhsulları təşkil edib. Bundan əlavə, kimya, kimya məhsulları, süni liflər, rezin və plastik məmulatlar 20,6 %, metal filizləri, eləcə də mədən və karxana məhsulları isə 12,6 % olub.
Vergi siyasəti və dövlət büdcəsi haqqında yazıram. Rəqəmlərlə işləməyi xoşlayıram və bunu oxuculara anlaşıqlı şəkildə çatdırmağa çalışıram.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Rusiya buğdasının ilk partiyası Azərbaycan ərazisi...
Azəri Xəbər

İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin tə...
Son Xeberler

Azərbaycan medal sayında ikinci pilləyə yüksəldi -...
Bugun.az
Serbiyada terror həyəcanı: bütün dəmir yolları rey...
Azəri Xəbər

Ermənistan Qazaxıstan və Rusiyadan dəmir yolu ilə...
Azəri Xəbər

Dünya üzrə ilk 5G dəmir yolu şəbəkəsi Almaniyada i...
Texnologiya xəbərləri



