“Fiorentina”nın baş məşqçisi istefaya bir addımlıqdadır

31.10.2025 01:55 5 baxış sayı 2 dəq. oxuma Trend
“Fiorentina”nın baş məşqçisi istefaya bir addımlıqdadır

“Fiorentina”nın baş məşqçisi Stefano Pioli istefaya bir addımlıqdadır. Məlumat görə, əgər Pioli komandanı qarşıdakı iki Serie A turunda düşdüyü böhrandan çıxara bilməsə, vəzifəsini tərk etməli olacaq.


Bu şərt yerinə yetirilməzsə, “bənövşələr”i 22 noyabrda “Yuventus”a qarşı keçiriləcək oyuna başqa bir mütəxəssis hazırlayacaq. Pioli üçün bu iki oyun həm komandanın böhrandan çıxması, həm də onun taleyinin həll edilməsi baxımından böyük əhəmiyyət daşıyır.


Klub hazırda cədvəldə 19-cu pillədə qərarlaşıb. Bu ağır vəziyyətdən çıxmaq üçün komanda növbəti iki turda ardıcıl matçlara çıxacaq. İlk olaraq “Fiorentina” evdə cəmi 6 xala malik olan “Lecce” ilə görüşəcək. Daha sonra isə səfərdə cədvəlin ən sonuncusu, cəmi 3 xal toplayan “Genoa” ilə qarşılaşma planlaşdırılıb. Piolinin vəzifəsini qoruyub saxlaması bu iki oyunda qazanılacaq nəticələrdən asılıdır.


Qeyd etmək lazımdır ki, Stefano Piolinin məşqçi heyətində rusiyalı mütəxəssis Aleksandr Nizelik də çalışır. Nizelik Rusiyada böyük təcrübəyə malikdir. O, Sergey Semakın rəhbərliyi altında “Ufa” və “Zenit”də işləməsi ilə tanınır. Hətta baş məşqçi istefaya göndərildiyi halda belə, Aleksandr Nizelik “Fiorentina”dakı fəaliyyətini davam etdirə bilər.


R
İdman redaktoru

Futbol mənim həyatımdır. Uşaqlıqdan bəri stadionlara gedirəm. İndi isə bu barədə yazmaq şansım var. Yerli çempionat və milli komandanı izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: