Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Mourinyonu məşhur məşqçi əvəzləyə bilər

29.08.2025 15:25 17 baxış sayı 1 dəq. oxuma Metbuat
Mourinyonu məşhur məşqçi əvəzləyə bilər

Joze Mourinyonu istefaya göndərən "Fənərbaxça" rəhbərliyi kluba Serjiu Konseysaunu gətirə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə klubda prezidentliyə namizəd, biznesmen Sadettin Saran açıqlama verib.

O bildirib ki, prezident seçiləcəyi təqdirdə komandaya Serjiu Konseysaunu gətirəcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Benfika"ya məğlub olaraq, mübarizəni dayandıran "Fənərbaxça"nın məşqçisi Joze Mourinyo istefaya göndərilib.

Serjiu Konseysau ötən mövsümün sonunda "Milan"dan ayrılıb.

G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: