
"Əl-Əhli" Türkiyə millisinin üzvü ilə müqavilə imzalayıb
Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu Türkiyə millisinin üzvü Merih Demiral ilə müqavilənin müddətini uzatdı.
Bu xəbəri Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti rəsmən təsdiqləyib. İmzalanan yeni sözləşməyə görə, 27 yaşlı müdafiəçi 2029-cu ilin yayına kimi Ciddə təmsilçisinin heyətində qalacaq. Bu, klubun müdafiə xəttini uzun illər üçün gücləndirmək istədiyini göstərir.
Qeyd edək ki, "Əl-Əhli" mərkəz müdafiəçisi Demiralı 2023-cü ilin yayında transfer etmişdi. O zaman o, İtaliyanın "Atalanta" klubundan 17 milyon avro qarşılığında heyətə qatılmışdı.
Demiral cari mövsümdə "Əl-Əhli"nin heyətində çıxış etdiyi 16 rəsmi matçda iştirak edib. Türkiyə millisinin üzvü bu oyunlarda rəqib qapısından 1 qol keçirə bilib.
Formula 1, avtomobil yarışları və motor idmanları üzrə yazıram. Bakıda Formula 1 yarışları keçirilməyə başlayandan bəri bu maraq daha da böyüyüb.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

İngiltərə millisinin üzvü ilə yeni müqavilə imzala...
Azəri Xəbər

"Real"ın ulduzuna 1 milyardlıq təklif
Bugun.az
Belçika millisinin üzvü bu kluba keçə bilər
Azəri Xəbər

"Liverpul" Niderland millisinin üzvü ilə müqavilə...
Azəri Xəbər

Portuqaliya millisinin üzvü "Benfika"ya keçə bilər
Azəri Xəbər

Almaniya Klubunun Futbolçusu Türkiyə Millisinə Qoş...
Son Xeberler



