
"Real"ın ulduzuna 1 milyardlıq təklif

“Əl-Əhli” klubu "Real Madrid"in ulduz futbolçusu Vinisius Juniorun xidmətlərində ciddi maraqlıdır. Mətbuat məlumatlarına görə, Səudiyyə Ərəbistanı təmsilçisi oyunçu üçün görünməmiş dərəcədə yüksək bir təklif irəli sürüb.
Bildirilir ki, "Əl-Əhli" Vinisius Juniorun transferi üçün 1 milyard avro dəyərində təklif hazırlayıb. Əgər bu transfer gerçəkləşərsə, bu, futbol tarixində ən bahalı transfer ola bilər. Məlumata görə, futbolçunun özünə də 5 illik müqavilə təklif edilib.
"Real Madrid" hələ də Vinisius Juniorla yeni müqavilə şərtləri barədə razılığa gələ bilməyib. İddialar var ki, futbolçu “Real”dan illik 25 milyon avro məvacib tələb edib. Lakin “Real Madrid” rəhbərliyi futbolçunun bu tələbini qəbul etməyib. Hazırda Vinisius Juniorun Madrid klubu ilə müqaviləsi 2027-ci ildə başa çatır.
Şahmat və zehin idmanları haqqında yazıram. Azərbaycanın bu sahədə güclü ənənələri var və izləməyə dəyər.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Vinisiusun transfer qiyməti açıqlandı - Onu istəyə...
Bugun.az

Musiala üçün "Bavariya"dan fantastik təklif
Bugun.az

Vinisius Junior seçimini etdi
Bugun.az

“Bavariya” ilə razılıq əldə edən ulduzdan "Real"a...
Bugun.az

"Real"da Vinisius böhranı - Razılığa gələ bilmirlə...
Bugun.az

"Real" Avropa nəhəngindən təklif alan Arda barədə...
Bugun.az


