
Dəmiryol Muzeyində "Qara qızılın saldığı dəmir yollar" adlı fotosərginin təqdimatı olub

Azərbaycan Dəmiryol Muzeyində "Qara qızılın saldığı dəmir yollar" adlı fotosərginin təqdimat mərasimi baş tutub. Tədbir ölkənin dəmiryol tarixinin 145 illiyini qeyd etməklə yanaşı, həm də infrastrukturun gələcək inkişafına diqqət çəkdi. Mərasimdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov, QSC-nin digər əməkdaşları, Milli Məclisin üzvləri və fəxri qonaqlar iştirak ediblər.
Qonaqlara əvvəlcə Azərbaycanda dəmiryolu nəqliyyatının 145 illik tarixini əhatə edən xüsusi videoçarx nümayiş olundu. Video Qarabağda hazırda tikilməkdə olan yeni xətlərin "Böyük Qayıdış"ın mühüm bir hissəsi olduğunu da göstərirdi. Çıxışlarda dəmiryol sisteminin ölkə üçün əhəmiyyəti vurğulandı. "Ədibin Evi" Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva ADY ilə qarşılıqlı həyata keçirdikləri layihələrdən və bu əməkdaşlığın vacibliyindən danışdı. Milli Məclisin deputatı Vüqar Rəhimzadə dəmiryolu nəqliyyat sisteminin Azərbaycanın iqtisadi gücünün artırılmasında xüsusi rolu olduğunu bildirdi.
Tədbirdə "Balakhani Operating Company LTD"nin rəhbəri Rövşən Rzayev və ADY-nin Kommunikasiya departamentinin sədri Turxan Əhmədov da iştirakçılarla öz fikirlərini bölüşdülər. Rəsmi çıxışlar bitdikdən sonra qonaqlar fotosərgi ilə yaxından tanış oldular. Tədbir sənət hissəsi ilə davam etdirildi. Hazırda Dəmiryol Muzeyində sərgilənən bu fotosərgi on gündən sonra Sabunçu Dəmiryol Vağzalında da nümayiş etdiriləcək.
Daşınmaz əmlak bazarı və tikinti sektoru üzrə yazıram. Bakının necə dəyişdiyini izləmək maraqlıdır.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Dəmiryol Muzeyində “Qara qızılın saldığı dəmir yol...
Azəri Xəbər

Bu muzeyə giriş pulsuz olacaq
Bugun.az

Tovuzda dəmiryol qəzası: Qatar orta yaşlı kişini v...
Azəri Xəbər

Qatarın adam vurması ilə bağlıRƏSMİ AÇIQLAMA
Bugun.az

Qızılın qiyməti tarixi həddə çatdı
Bugun.az

COP29 Hazırlığına Görə Dəmiryol Xəttində Dəyişikli...
Bugun.az