bp Üzeyir Hacıbəylinin misilsiz irsinin qorunmasına töhfə verib

17.10.2025 09:01 6 baxış sayı 3 dəq. oxuma Trend
bp Üzeyir Hacıbəylinin misilsiz irsinin qorunmasına töhfə verib

Bakı. Trend:


bp, Azərbaycanın mədəniyyət tarixinin zirvəsində duran nəhəng şəxsiyyətlərdən biri, xalqın milli klassik musiqisinin və professional bəstəkarlıq məktəbinin banisi, ilk milli operanın müəllifi, görkəmli maarifçi, dramaturq və publisist Üzeyir bəy Hacıbəylinin anadan olmasının 140 illiyini Azərbaycan xalqı ilə birlikdə bayram etməkdən qürur duyur.


Bu əlamətdar hadisə münasibətilə bp dahi bəstəkarın misilsiz irsinin qorunmasına töhfə olan xüsusi kitablar komplektinin nəşrinə dəstək verib.


Layihə Azərbaycanın mədəni irsinin, o cümlədən onun zəngin tarixinin və əsrarəngiz sənət xəzinəsinin təbliği və tədqiqinə dəstək istiqamətində bp-nin davamlı öhdəliyini əks etdirir.


Yeni nəşrlər dünən bp-nin Üzeyir Hacıbəylinin xatirəsinə həsr edilmiş tədbirində ictimaiyyətə təqdim olunub. Tədbirdə həmçinin bəstəkarın şah əsərlərindən ibarət konsert proqramı da yer alıb. Yeni təqdim olunan nəşrlər bunlardır:


Üzeyir Hacıbəylinin indiyə kimi çap olunmamış əsərlərindən ibarət nəşrlər komplekti (2 kitab);
Bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən fotoalbom;
Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyi üçün məlumat kitabçası.


bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, dedi:


“Bu nəşrləri təqdim etmək bizim üçün böyük şərəfdir. Bu, Üzeyir Hacıbəylinin möhtəşəm irsinə və Azərbaycanın milli musiqisinə verdiyi əvəzsiz töhfələrə dərin ehtiramımızın ifadəsidir. Onun milli musiqimizin ruhu və nəfəsi ilə yoğrulmuş və dünya musiqi ritmləri ilə zənginləşdirilmiş, dərin sənət ustalığı və emosional dolğunluqla yaradılmış əsərləri bu gün də həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda insanları ruhlandırır. Ümid edirik ki, bu nəşrlər Üzeyir bəyin nəhəng irsinin və onun yalnız bir bəstəkar kimi deyi, həm də böyük alim və publisist kimi gələcək nəsillərin formlaşmasına zamansız təsir gücünün daim yaşamasına xidmət edəcək.”


Ümumi dəyəri 127560 AZN (75035 ABŞ dolları) olan bu layihə “Azərnəşr” tərəfindən həyata keçirilib. Bu məbləğ yeni nəşrlərin toplanması, hazırlanması və çapını, həmçinin konsert proqramının təşkilini əhatə edir.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: