
Ekspert: Ağbulaq və Batabat bölgələri Naxçıvanın turizm xəritəsində mühüm yer tutur

Ağbulaq və Batabat bölgələri Naxçıvanın turizm xəritəsində mühüm yer tutur.
"Report"un yerli bürosu xəbər verir ki, bunu turizm eksperti Natiq Paşayev Naxçıvan Muxtar Respublikasının (MR) Şahbuz rayonuna təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Naxçıvanın çoxşaxəli ekoturizm potensialının yerli və beynəlxalq miqyasda daha geniş tanıdılması vacibdir:
"Ağbulaq kəndi və ətraf ərazilər həm iqlim, həm də relyef baxımından ekoturizm üçün ideal məkandır. Burada yaşayan insanlar təbiətin qorunmasına xüsusi diqqət yetirir, bu isə turizm fəaliyyətinin davamlı inkişafına şərait yaradır.
Bu bölgələr Naxçıvan Muxtar Respublikasının turizm xəritəsində mühüm yer tutur və həmin ərazilərin ekoturizm istiqamətində inkişafı regionun ümumi turizm strategiyasına mühüm töhfə verir".
Turizm və səyahət sənayesi haqqında yazıram. Azərbaycanda və xaricdə marqlı yerləri kəşf etmək xoşuma gəlir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Naxçıvanın Babək Rayonuna Atəş Açıldı
Son Xeberler

Azərbaycan Halal Biznes və Turizm Forumu: İqtisadi...
Bugun.az

Azıx, Akaku və Ağbulaq kəndlərindən reportaj -
Son Xeberler

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Naxçı...
Bugun.az
Region Xəbərləri
Region

Pandemiyanın turizmə təsirlərinin aradan qaldırılm...
Son Xeberler