
Bakıda Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci İclası keçiriləcək

Bu ilin 23-24 oktyabr tarixlərində Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci İclası keçiriləcək.
İqtisadiyyat Nazirliyinə istinadən verilən məlumata görə, iclasın keçirilməsində məqsəd TDT ölkələri arasında əməkdaşlığı inkişaf etdirməkdir. Bu əməkdaşlıq sənaye, elmi tədqiqat, innovasiya, texnologiya, investisiya və sahibkarlığın inkişafı kimi sahələri əhatə edir.
Toplantı çərçivəsində, oktyabrın 23-də işçi qrupun iclası baş tutacaq. Burada TDT ölkələrinin aidiyyəti qurumlarının nümayəndə heyətləri iştirak edəcəklər. İclasda Fəaliyyət Planında nəzərdə tutulan təşəbbüslər və onların icrası üzrə gələcək addımlar haqqında fikir mübadiləsi aparılacaq.
Oktyabrın 24-də TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci İclası başlayacaq. Burada sənaye və texnologiyalar sahəsində strateji tərəfdaşlıq istiqamətləri müzakirə olunacaq. Həmçinin elm, innovasiya, investisiya, kiçik və orta sahibkarlıq kimi digər istiqamətlərdə əməkdaşlıq mexanizmlərinə baxılacaq.
Etiketlər
Oxşar xəbərlər

Əli Əsədov Bişkekdə Türk Dövlətləri Təşkilatının g...
Bugun.az

TDT-nin bayrağı kosmosa göndəriləcək
Bugun.az

Sahibə Qafarova Ziya Öztürkler ilə görüşdü
Bugun.az

Şimali Kiprin Prezidenti Azərbaycana gəldi
Bugun.az

Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləc...
Bugun.az

Ərdoğan Türkiyə, Azərbaycan və Özbəkistan nazirlər...
Bugun.az