
Əli Əsədov Bişkekdə Türk Dövlətləri Təşkilatının görüşündə iştirak edib

Azərbaycanın Baş naziri Əli Əsədov Bişkek şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin Qırğızıstan Prezidenti Sadır Japarov ilə görüşündə iştirak edib.
Metbuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Qırğızıstan Prezidenti Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin ilk görüşünün iştirakçılarını salamlayıb.
Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Sadır Japarova çatdırıb.
Baş nazir həmçinin Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlıq əlaqələrinin gündəliyində duran aktual məsələlərə toxunub.
Oxşar xəbərlər

TDT-nin bayrağı kosmosa göndəriləcək
Bugun.az

Əli Əsədov Misirdə işgüzar səfərdədir
Bugun.az

Binəli Yıldırım Bakıya səfərə gəldi
Bugun.az

AQC 2024-cü ilə bayram tədbiri ilə yekun vurdu - F...
Bugun.az

Sahibə Qafarova Ziya Öztürkler ilə görüşdü
Bugun.az

"Prezident Əliyev həmişə bizim yanımızda olub" - V...
Bugun.az