Bakıda SSRİ bayrağı qaldıranlar həbs olunub

26.11.2025 05:53 13 baxış sayı 2 dəq. oxuma APA
Bakıda SSRİ bayrağı qaldıranlar həbs olunub

Bakıda kommunist ideologiyasının təbliğinə yönəlik fəaliyyətlər həyata keçirməyə cəhd göstərən bir qrup şəxs saxlanılıb. Sosial şəbəkələrdə yayılmış videogörüntülər bu şəxslərin SSRİ bayraqları ilə yürüş təşkil etməyə çalışdığını göstərirdi.


Daxili İşlər Nazirliyi (DİN) tərəfindən keçirilən operativ tədbirlər nəticəsində bu qanunsuz aksiyanın təşkilatçıları və iştirakçıları müəyyən edildi. Təşkilatçılar kimi tanınan Abdulla İbrahimli və İbrahim Əsədli, həmçinin yürüşdə iştirak edən digər şəxslər saxlanılıb. Onların barəsində dərhal cinayət işi başlanılıb.


Aparılan ilkin istintaq bu qrupun fəaliyyəti ilə bağlı maraqlı faktları üzə çıxarıb. Müəyyən olunub ki, saxlanılan şəxslər qrup halında hərəkət edirmiş və fəaliyyətlərini başqa bir dövlətin ayırdığı maliyyə hesabına qurublar. Onlar bu vəsaitlərlə ofis icarəyə götürərək vaxtaşırı toplantılar keçirirmişlər. Bu faktlar onların təbliğat fəaliyyətinin sadəcə fərdi yox, xaricdən dəstəklənən mütəşəkkil bir struktur olduğunu göstərir.


Saxlanılan şəxslərə aid ofis və mənzillərdə axtarışlar aparıldı. Baxışlar zamanı kommunist ideologiyasının təbliğinə xidmət edən çox sayda material, o cümlədən bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və müxtəlif elektron cihazlar aşkar edilərək götürülüb. İstintaq tədbirləri hazırda davam etdirilir və hadisənin bütün detalları araşdırılır.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: