
Saleh Səmədov həbs edildi

Faşizm üzərində Qələbə günü – mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib.
Metbuat.az “Teleqraf”a istinadən xəbər verir ki, İmişli Rayon Məhkəməsi Saleh Səmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Onun vergidən yayınmada ittiham edildiyi bildirilir. Qeyd edək ki, mayın 13-də S.Səmədov İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib. Ağsaqqallar Şurasının İdarə Heyətinin yaydığı məlumata görə, S.Səmədov Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub. S.Səmədov həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.
Oxşar xəbərlər

Saleh Səmədov bu maddə ilə ittiham olunur
Bugun.az

Qazi Elçin Səmədov danışdı:
Son Xeberler

XİN-in daha 2 yüksək rütbəli əməkdaşı həbs edildi...
Son Xeberler

Tavuş istiqamətində sərhədi keçən azərbaycanlı həb...
Son Xeberler

Saleh Məmmədova müavin təyin edildi
Bugun.az

Zabit Səmədov məşhur serialda rol alacaq
Son Xeberler