
"Babalarımız üç dəfə İran-Türkiyə ərazilərinə qaçqın düşüb" - Qərbi Azərbaycan Xronikası

Baku TV-də yayımlanan "Qərbi Azərbaycan Xronikası" layihəsinin növbəti buraxılışı Zəngibasar mahalının Aşağı Necili kənd sakini Hüseyn-Xəzər Məmmədovun həyat hekayəsinə həsr edilib. Jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" adlı veriliş "Aşağı Necilidə 7-ci əsrdə tikilən məscid var idi" başlığını daşıyırdı. Məmmədov 1963-cü ildə doğulduğunu və 18 yaşına qədər kənddə yaşadığını bildirib. O, uşaqlıq dövrünü gözəl adət-ənənələrlə, mənəvi dəyərlərlə, toylarla, böyük-kiçik yeri bilməklə və fəsillərlə bağlı unudulmaz xatirələri olduğunu söyləyib. Aşağı Necili camaatı erməni vəhşilikləri nəticəsində dəfələrlə hücumlara məruz qalıb, nəticədə əhali 2-3 dəfə İran və Türkiyə ərazilərinə qaçqın düşmək məcburiyyətində qalıb.
Qaçqınlıq dövrü 1918-ci ildən sonra başlayıb. Həmin ildə atasının 11 nəfərlik ailəsi sıxışdırılaraq təzyiqə məruz qalıb və İrana qaçqın gedib. Onlar Xoyda və Mərənddə məskunlaşıblar. Ailə üzvlərindən bəziləri Arazdan keçərkən həlak olublar. 1921-ci ildən sonra sağ qalanlar geri qayıdıb Aşağı Necilidə yenidən məskunlaşıblar. Onlar uçulmuş, dağılmış evləri bərpa edib yaşayıb, yeni məhəllələr salıblar. Kənd sakini vurğulayıb ki, 1950-ci ilə qədər kənddə bircə nəfər də olsun erməni yaşamayıb. Aşağı Necili sırf türk-oğuz mənşəli azərbaycanlıların məskəni olub. O, kənddə hətta 7-ci əsrdə tikilmiş məscidin olduğunu da qeyd edib.
Lakin 1987-ci ildən başlayaraq ermənilər danışıqlarında və hərəkətlərində azərbaycanlılara qarşı son dərəcə aqressiv davranırdılar. Onlar açıq şəkildə "biz türklərin axırına çıxmalıyıq. Onlar burada yaşaya bilməzlər" deyirdilər. H.X. Məmmədov uşaqlarla İrəvanda olarkən ermənilərin Heydər Əliyev barəsində mənfi danışdıqlarını və buna görə onları susdurduqlarını xatırlayıb. O, 1987-ci ildə Heydər Əliyev böyük vəzifədə olanda ermənilərin narahatlıq keçirdiklərini və bizə qarşı aqressivliyin açıq hiss olunduğunu bildirib. Bu məsələlər 1988-ci ilin yaz aylarından sonra açıq müstəviyə keçdi. Nəticədə camaatı oradan çıxardılar və işgəncəyə məruz qoydular. Ailəsi əvvəlcə Naxçıvana, oradan da Bakıya gəlməli olub.
H.X. Məmmədov Vətən həsrətindən söz açaraq, gecə-gündüz xəyalən Aşağı Necili həsrəti ilə yaşadıqlarını vurğulayıb. Onun üçün o torpaq canı qədər əzizdir, çünki orada ata-baba-nənələrinin qəbirləri və uşaqlıq xatirələri qalıb. "Orada doğulub, yoğrulmuşuq, böyümüşük. Aşağı Necili ilə nəfəs alırıq və mütləq ora qayıdacağıq", o, əminliklə ifadə edib. Bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür. Qərbi Azərbaycan Xronikası layihəsinin əsas məqsədi bu tarixi torpaqların adını yaşatmaqdır. Layihə bu ərazilərin tarixi Azərbaycan diyarı olduğunu təsdiq edən faktları və Prezident İlham Əliyevin fikirlərini əsas tutaraq, Qayıdış Konsepsiyasında irəli gələn vəzifələri təbliğ edir.
Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.
Bütün məqalələrə baxınOxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: Hansı ərazilər Azərbay...
Azəri Xəbər

İrandan Azərbaycana qarşı növbətiTƏXRİBAT
Bugun.az

Nadir Şahdan bu günə gəlib çıxan qalxanın yaddaşı...
Azəri Xəbər

Ərdoğan Pezeşkianla danışdı
Bugun.az

İran İsraili Vurdu
Son Xeberler

Dövlət başçısı Qərbi Azərbaycan məsələsindən danış...
Bugun.az



