
AzMİU tələbəsi beynəlxalq və respublika səviyyəli “Jiu-Jitsu” yarışlarında uğur qazanıb (FOTO)
 
                            
                        Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat mühəndisliyi ixtisası üzrə 4-cü kurs tələbəsi Rəşid-Tağı Mirzəyev həm ölkədaxili, həm də beynəlxalq səviyyədə “Brazilian Jiu-Jitsu” idman növündə ciddi nailiyyətlər göstərib. O, 2025-ci ildə baş tutan “AJP TOUR TURKEY NATIONAL JIU-JITSU CHAMPIONSHIP – GI & NO-GI” turnirində “Men’s No-Gi/Blue/Amateur/62 kg” kateqoriyasında uğurla çıxış etdi. Bu nailiyyətlər təkcə Azərbaycan idmanının inkişafına yox, həm də **AzMİU-nun adının beynəlxalq arenada** tanınmasına töhfə verir.
Rəşid-Tağı Mirzəyev həm də “Grappling” üzrə Respublika Birinciliyi və Çempionatında dəfələrlə fəxri yerlərə sahib çıxıb. Onun indiyədək qazandığı uğurlar sırasına iki dəfə Respublika üzrə 1-ci yer, iki dəfə Respublika üzrə 2-ci yer daxildir. Bakı səviyyəsində də idmançı iki dəfə 2-ci və iki dəfə 3-cü yer, eyni zamanda Assosiasiya kubokunda 2-ci yer tutub. Rəşid-Tağı Mirzəyev 2017-ci ildən “Brazilian Jiu-Jitsu” ilə məşğul olur və hazırda “Submachine Jiu-Jitsu” komandasının üzvüdür. O, bu idman növünə keçməzdən əvvəl Cüdo ilə məşğul olub. Bu, onun **yarışlarda əldə etdiyi** təcrübəni artırıb.
AzMİU öz tələbələrinin idmana marağının artırılmasına, sağlam həyat tərzinin təşviqinə və fiziki hazırlığının gücləndirilməsinə xüsusi diqqət yetirir. Universitetdə bu məqsədlə müasir İdman Kompleksi və fəaliyyət göstərən müxtəlif idman klubları mövcuddur. Tələbələr arasında mütəmadi olaraq yarışlar və idman layihələri təşkil edilir. Bu şərait **tələbələrin idman potensialını** reallaşdırmasına kömək edir.
Basketbol, voleybol və digər komanda oyunları haqqında yazıram. Bu idman növlərinin Azərbaycanda populyarlaşmasına töhfə vermək istəyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər
 
                                                                AzMİU tələbələrinin layihəsi ABŞ-də mükafata layiq...
Azəri Xəbər

MDU-nun tələbəsi vəfat etdi - FOTO
Bugun.az
 
                                                                AzMİU-nun rektoru Çinin “Shanghai Jiao Tong” Unive...
Azəri Xəbər

2-ci kurs tələbəsi vəfat etdi - FOTO
Bugun.az

Tələbə özünü güllələyib öldürdü - FOTO
Bugun.az

Üçüncü kurs tələbəsi vəfat etdi
Bugun.az
 
                                        


