
Azərbaycanda qriplə bağlı epidemioloji vəziyyət açıqlanıb

Hazırda Azərbaycanda qriplə əlaqədar epidemioloji vəziyyət stabildir. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazovun açıqlamasına görə, aparılmış xüsusi laborator müayinələr bunu təsdiqləyir. Ölkə ərazisində infeksiya tək-tək hallarda aşkarlanır. Qrip ilboyu rast gəlinsə də, onun fəsillilik xüsusiyyəti var.
Mülayim iqlim zonasına aid olan Azərbaycan üçün payız və qış fəsillərində mövsümi qripin artımının müşahidə olunması normal bir haldır. Ekspert bildirir ki, qripə qarşı aparılmış vaksinasiyanın effektivliyi sübut olunub və beynəlxalq təcrübələrə əsaslanır. Bu il həyata keçirilən peyvəndləmə işləri epidemiya fəsli boyu yoluxma hallarının və xəstəlikdən yaranan ağırlaşmaların sayını azaltmağa kömək edəcək. Ağır gedişin və fəsadların risk qrupuna daxil olan şəxslər xüsusilə diqqətli olmalıdır. Bura 5 yaşından kiçik uşaqlar, hamilələr, 65 yaşdan yuxarı yaşlı insanlar, həmçinin tənəffüs yollarının və digər orqanların ağır xroniki xəstəlikləri olan şəxslər, eləcə də müxtəlif səbəbli immunodefisiti olan şəxslər daxildir.
Ölkədə peyvəndləmə işləri müəyyən bir müddət ərzində intensiv aparılıb. 8 oktyabr tarixindən 13 noyabradək olan dövrdə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 21,186 nəfər qrip əleyhinə peyvəndləndi. Bu şəxslərdən 2,700 nəfəri 0-17 yaş aralığında, 14,807 nəfəri 18-59 yaş aralığında və 3,679 nəfəri isə 60 yaş və yuxarı kateqoriyasında idi. Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilən yüksək keyfiyyətli qrip peyvəndləri Fransanın "Sanofi Pasteur" şirkətinə məxsusdur. Peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ilkin səhiyyə xidmətləri göstərən ambulator-poliklinik müəssisələrə müraciət edə bilərlər. Vaksinasiya prosesi könüllülük prinsipi əsasında həyata keçirilir.
Elm və tədqiqat mövzularında yazıram. Fizika üzrə təhsil almışam, elmi kəşfləri sadə dillə izah etməyə çalışıram.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur...
SON Xəbər

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Son Xeberler

Azərbaycanda bu ərazidə koronavirusa kütləvi yolux...
Son Xeberler

Operativ Qərargah təcili brifinq keçirir
Son Xeberler

"Pandemiya dövründə payız-qış mövsümü problem yara...
Son Xeberler

Bu gün brifinq keçiriləcək:
Son Xeberler



