"Pandemiya dövründə payız-qış mövsümü problem yarada bilər"- TƏBİB rəsmisi
"Hazırda Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır. Buna baxmayaraq, qarşıda bizi soyuq fəsil gözləyir. Qarşıdan payız-qış mövsümü gəlir. Bu mövsümdə respirator, tənəffüs yolu ilə yoluxan xəstəliklər, hava-damcı xəstəlikləri çoxalır. Ona görə də payız-qış mövsümü COVID-19 pandemiyası dövründə bir qədər problem yarada bilər. Belə ki, COVID-19 xəstəliyinə hər hansı bir respirator xəstəliyin qoşulması gözlənilə bilər. Bu, ilk növbədə qrip xəstəliyidir. Bu səbəbdən hazırda qrip əleyhinə vaksinasiya daha çox aktuallaşır".
Bunları Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.
Professor bildirib ki, əgər COVID-19 xəstəliyi qriplə birlikdə rast gəlinsə, bu, xəstəliyin daha ağırlaşmasına səbəb ola bilər. Ona görə də bütün dünyada qrip xəstəliyi əleyhinə peyvənd aparılması aktuallaşıb. Dünyanın demək olar ki, bütün ölkələrində bununla əlaqədar tədbirlər görülməkdədir. Əslində qrip əleyhinə vaksinasiya indiki dövrdə elə COVID-19-a qarşı əks-epidemik tədbirlərin də bir hissəsidir.
O, əvvəllər də ölkəmizdə qrip əleyhinə vaksinasiya tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırıb. A.Qurbanov bildirib ki, həmin vaxtlar vaksinasiya belə ciddi şəkildə tətbiq olunmayıb: "Hazırda biz digər bir virusun - COVID-19-un yaratdığı pandemiya dövründə yaşayırıq. Payız-qış aylarında pandemiyanın gedişində müəyyən çətinliklərlə üzləşməsək, yaxın vaxtlarda, yəni gələn ildən etibarən koronavirusa qarşı vaksinlərin istifadəsi bizim pandemiya təhlükəsindən xilas olmağımıza kömək edəcək".
Oxşar xəbərlər
Gürcüstanda Rusiyayönümlü Hakimiyyətin Qüvvətlənmə...
KIBRIT MEDIA
TƏBİB sədrindən HƏYƏCAN TƏBİLİ:
Son Xeberler
Payız tətilindən sonra ilk dərs gününün
Xəbər Anı
Facebook və Instagram Minlərlə İstifadəçinin Əlçat...
Texnologiya xəbərləri
Azərbaycanda bu tarixdən MASKA taxmaq ləğv edilir...
Son Xeberler
Payız tətilindən sonra ilk dərs gününün vaxtı
Xəbər Anı