Azərbaycanda ilk dəfə tolerantlıq və rəngarənglik mövzusunda festivalın keçirilməsi böyük əhəmiyyət kəsb edir - Bahar Muradova

05.11.2025 08:46 6 baxış sayı 3 dəq. oxuma Trend
Azərbaycanda ilk dəfə tolerantlıq və rəngarənglik mövzusunda festivalın keçirilməsi böyük əhəmiyyət kəsb edir - Bahar Muradova

Azərbaycanda ilk dəfə keçirilən tolerantlıq və rəngarənglik mövzusunda festival böyük əhəmiyyət daşıyır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Fərqliliyin rəngi” festivalında səsləndirib. Bu tədbir “Konstitusiya və Suverenlik İli” çərçivəsində baş tutub.


B. Muradova bu festivalın təkcə Bakıda deyil, ölkənin digər bölgələrində də təşkil ediləcəyinə inandığını bildirib. O qeyd edib ki, hazırda müxtəlif bölgələri təmsil edən dini icma nümayəndələri buradadır. Sədr deyir ki, biz hər zaman birliyimizi, həmrəyliyimizi və gözəlliyimizi göstərəcəyik. B. Muradova insanların dünyaya gələrkən ilk təsirləri ailədən, dini inanclardan və ailə dəyərlərindən aldığını xatırladıb. Ailə insanın sosial həyatda formalaşdığı ilk məkandır. Hər bir insan ailədən öyrəndiyi inanc, dəyərlər və mədəniyyətlə böyüyür. Dövlətçilik düşüncəsi də məhz buradan, ailədən başlayır. Vətəndaş anlayışı isə yaşadığımız coğrafiya ilə şəkillənir.


Bu coğrafi bağlılıq dövlətimizə olan bağlılığımızı yaradır. Cəmiyyəti birləşdirən və dövlət siyasətini formalaşdıran əsas amil də məhz bu bağlılıqdır. İnsanların birliyi dövlətin yaranmasına səbəb olur, dövlət isə rəsmi status qazanaraq dünyada söz sahibi olur. Dini icmaların nümayəndələri də digər xalqlar kimi dünya miqyasında təmsil olunurlar. Tarixə nəzər saldıqda, Azərbaycana fərqli vaxtlarda gələn və burada məskunlaşan insanların olduğunu görürük. Bu insanlar dini inanclarından, siyasi görüşlərindən və ya mədəniyyətlərindən asılı olmayaraq həmişə bir dəyər ətrafında birləşiblər.


Komitə sədri vurğulayıb ki, bu birliyin olmaması halında müstəqil dövlət qurmaq mümkün olmazdı. Dövlətin müstəqilliyini qoruyub inkişaf etdirmək üçün xalqın həmrəyliyi və iradəsi əsas şərt sayılır. Biz tarixdə çətinliklər yaşamışıq, lakin bu gün zəfər zirvəsindən keçmişə baxanda gücümüzü məhz birlikdən alırıq. Birlik sayəsində Azərbaycan dövləti dünyaya tanıdılıb. Dövlətimiz insanların dini inancına və milli mənsubiyyətinə görə fərqləndirilmədiyi bir siyasət yürüdür.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: