Bahar Muradova: Azərbaycanda qanunvericiliyə edilən dəyişikliklər ailə streotiplərində fərq yaradıb

04.11.2025 06:16 8 baxış sayı 2 dəq. oxuma Report
Bahar Muradova: Azərbaycanda qanunvericiliyə edilən dəyişikliklər ailə streotiplərində fərq yaradıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanda qanunvericiliyə edilən dəyişikliklərin ailə streotiplərində müəyyən fərq yaratdığını deyib. O, bu fikri "Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində" adlı mətbuat konfransında səsləndirib.


Sədrin sözlərinə görə, son beş ildə ailə institutunun möhkəmləndirilməsi üçün qanunvericilik bazasına ciddi diqqət ayırılıb. Dövlət Komitəsi bu istiqamətdə bir sıra təkliflər irəli sürüb. Məlumatlara görə, 2020-2025-ci illər ərzində qəbul edilmiş hüquqi sənədlər paketində 7 qanunvericilik dəyişikliyi, 11 qayda və əsasnamə, 33 rəy və təklif, habelə 3 dövlət proqramı yer alıb.


Bahar Muradova bildirib ki, bu sənədlər ailə streotiplərinə kəskin dəyişiklik etməsə də, müəyyən müsbət fərq yaratmağı bacarıb. Eyni zamanda, bu hüquqi aktlar ailə-məişət məsələlərindən əziyyət çəkən şəxslərin hüquqlarının müdafiəsinə böyük kömək göstərib. O, gələcək planlardan da danışıb və "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nın bu il yekunlaşacağını qeyd edib. Komitə növbəti il artıq daha başqa bir fəaliyyət planı üzərində işləyəcək.


L
Siyasi şərhçi

Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...

Bütün məqalələrə baxın
Paylaş: