Azərbaycan və Özbəkistan QHT-lər üçün birgə qrant müsabiqəsinin elan edəcək - Aygün Əliyeva

24.11.2025 07:35 5 baxış sayı 3 dəq. oxuma Trend
Azərbaycan və Özbəkistan QHT-lər üçün birgə qrant müsabiqəsinin elan edəcək - Aygün Əliyeva

Türk dövlətləri arasında mövcud olan sıx əlaqələr bu gün ən yüksək mərhələyə çatıb. Bu irəliləyişə nail olmaq dövlət başçılarının şəxsi münasibətləri, qarşılıqlı etimadı və güclü siyasi iradəsi sayəsində mümkün olub. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Həmrəylik Forumunun rəsmi açılış mərasimində bu barədə danışdı.


Aygün Əliyeva qeyd etdi ki, ortaq tarix, dəyərlər və birgə hədəflər türk xalqlarını sadəcə birləşdirmir, həm də onları gücləndirir. Bu əməkdaşlıq çərçivəsində, Agentlik hazırda Özbəkistanla birgə Qrant müsabiqəsinin elan olunması üçün son hazırlıqları aparır. Bu addım iki ölkənin vətəndaş cəmiyyəti qurumları arasında əlaqələri yeni səviyyəyə qaldıracaq.


İcraçı direktor öz çıxışında Vətən müharibəsində əldə olunan şanlı zəfərin əhəmiyyətini xüsusi vurğuladı. O bildirdi ki, bu qələbə təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının qələbəsidir. O, həmçinin gələcəkdə reallığa çevriləcək Zəngəzur dəhlizinin Türk xalqları üçün canlı körpü olacağını söylədi. Türk birliyinə gedən yol təkcə dövlətlərin iradəsindən asılı deyil, eyni zamanda xalqların və vətəndaş cəmiyyətlərinin bir-birinə olan münasibətindən də çox şey asılıdır.


Bu baxımdan Agentlik, Türk dövlətləri ilə əməkdaşlığı inkişaf etdirmək üçün analoji qurumlarla əlaqələrə böyük önəm verir. Artıq Agentlik Türkiyənin vətəndaş cəmiyyəti və vəkillər idarəsi ilə əməkdaşlıq memorandumu imzalayıb. Eyni zamanda, Özbəkistanın Milli Assambleyası, parlament komissiyası və Yüksəliş Fondu ilə də müvafiq sənədlər imzalanıb. Bu memorandumlar Agentliyin Türk dövlətləri ilə əməkdaşlıq sahəsindəki fəaliyyətini rəsmiləşdirir və QHT-lər üçün yeni imkanlar yaradır. Özbəkistanla birgə qrant müsabiqəsi bu əməkdaşlığın ən son praktiki nəticəsi olacaq.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: