
COP29-un Prezidenti QHT-lərin pavilyonunda - FOTO

COP29-un Prezidenti Muxtar Babayev Azərbaycan Milli QHT Forumunun Yaşıl Zonada yerləşən pavilyonuna baş çəkib.
Metbuat.az xəbər verir ki, COP29 Təşkilat Komitəsinin üzvü, AMQF-nin İdarə Heyətinin üzvü Pərvanə Vəliyeva pavilyonda yaradılan şərait barədə məlumat verib.
Qeyd olunub ki, Azərbaycan QHT-ləri COP29-da yüksək fəallıq nümayiş etdirir, mühüm təqdimatlar, xarici tərəfdaşları ilə birgə beynəlxalq tədbirlər keçirir. Artıq Azərbaycan tərəfinin təşəbbüsü ilə Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərinin, COP28, COP29, COP30 ölkələrinin üçlük formatında vətəndaş cəmiyyəti təsisatlarının birgə konfransları təşkil olunub. Eyni zamanda, diqqətə çatdırılıb ki, qarşıdakı günlərdə Xəzər dənizinin ekologiyası mövzusunda Xəzəryanı ölkələrinin QHT-lərinin ayrıca beynəlxalq konfransı keçiriləcək. COP29 çərçivəsində həmçinin türk dövlətlərinin QHT-lərinin təşkilatlanması prosesi gedir, ortaq tədbirin keçirilməsi planlaşdırılır.
M.Babayevə məlumat verilib ki, Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılmış COP29 QHT Koalisiyasına artıq 100-ə yaxın ölkədən 410-dan çox QHT qoşulub.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin departament müdiri Elnur Bağırlı Agentliyin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə elan etdiyi “COP29: beynəlxalq təşəbbüslər” qrant müsabiqəsinin bütün qalib QHT-lərinin layihələr çərçivəsində Milli QHT Forumu Pavilyonunda xarici tərəfdaşları ilə birgə tədbirləri olduğunu, bu tədbirlərin uğurla keçirildiyini bildirib.
COP29 Prezidenti Muxtar Babayev Azərbaycan QHT-lərinə fəaliyyətlərində uğurlar arzulayıb.
Etiketlər
Oxşar xəbərlər

Leyla Əliyeva COP29-da “Azərsun Holdinq” pavilyonu...
Bugun.az

COP29-da Pulsuz Xidmət Kimlərə Məxsusdur?
Bugun.az

Azərbaycan COP29 Prezidenti Qırğızıstanın Nümayənd...
Bugun.az

COP29 Prezidenti Britaniya Naziri ilə Görüşdü
Son Xeberler

Qana Prezidenti COP29 üçün Bakıya gəldi
Bugun.az

Bu şəxslər metrodan PULSUZ istifadə edəcək
Xəbər Anı