
Antarktida sahillərində onlarla yeni metan qaynağı aşkarlanıb

Alimlər Antarktida sahillərində onlarla yeni sualtı qaz mənbəyini qeydə alıblar.
Bu hadisə əvvəllər son dərəcə nadir müşahidə olunan təbiət hadisəsi hesab edilirdi. Ross dənizinin sahilyanı zonasının dibindən metan qabarcıqları və digər flüidlər (mayelər və qaz qarışıqları) səthə çıxır. Bu qabarcıqlar qısa müddətdə atmosferə daxil ola bilər.
Bəzi ərazilərdə dəniz orqanizmlərinin yaşaya bilmədiyi “ölü zonalar” müəyyən edilib. Bu tapıntı göstərir ki, yüksək qaz emissiyaları artıq yerli ekosistemə təsir göstərir. Alimlər xəbərdarlıq edirlər ki, əgər bu proses geniş miqyas alsa, təhlükəli “əks effekt” mexanizmini işə sala bilər.
Bu mexanizmə görə, buzlaqların əriməsi metan emissiyasını sürətləndirər. Metan isə öz növbəsində qlobal istiləşməni daha da gücləndirər. Belə bir döngə iqlim dəyişikliyinin sürətlənməsinə gətirib çıxara bilər.
Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Xəzər sahillərində ölü suitilər aşkarlandı
Son Xeberler

Bu bölgədə ard-arda güclü zəlzələlər oldu
Bugun.az

Yaponiyada güclü zəlzələ: Onlarla yaralı var
Son Xeberler

ABŞ ordusu Venesuela sahillərində qayığı bombaladı
Bugun.az

Bu ölkədə güclü zəlzələ oldu
Bugun.az

BMT-də Suriyanın yeni bayrağı qaldırıldı
Bugun.az