Almaniyanın "Lufthansa" aviaşirkəti 100 daxili reysin ləğvini planlaşdırır

19.10.2025 21:26 4 baxış sayı 3 dəq. oxuma Report
Almaniyanın "Lufthansa" aviaşirkəti 100 daxili reysin ləğvini planlaşdırır

Almaniyanın ən böyük aviaşirkəti olan Lufthansa aviaşirkəti yüksək vergi və rüsumlar üzündən 2026-cı ilin yayında təxminən 100 həftəlik daxili reysin ləğvini planlaşdırır. Lufthansa Group-un rəhbəri Karsten Şpor "Die Welt" qəzetinə müsahibəsində bu barədə məlumat verib. Şpor qeyd edib ki, 2019-cu ildən bəri Almaniyada fəaliyyət xərcləri iki dəfə artıb. O vurğulayıb ki, hazırda şirkət gəlirinin üçdə ikisindən çoxunu xaricdən əldə edir. Şporun sözlərinə görə, əgər yerləşmə xərcləri azaldılmasa, gələcəkdə daha çox reysin ləğvi qaçılmaz olacaq.


Bu məcburi addım, ilk növbədə, gəlir gətirməyən marşrutlara təsir edəcək. Münhen-Münster/Osnabrük və Münhen-Drezden kimi marşrutlar xüsusi diqqət altındadır, çünki bu yollar gündəlik zərərlə işləyir. Şpor həmçinin xatırladıb ki, "Lufthansa"nın törəmə şirkəti olan "Eurowings" artıq daxili reyslərin 80%-dən çoxunu ləğv edib. Bu ləğvlər də yüksək vergi və rüsumlar səbəbindən reyslərin gəlirsiz olması ilə əlaqədar idi. Şpor bu tədbirlərin hansı reyslərə təsir göstərə biləcəyi ilə bağlı suala cavab verərkən, söhbətin gələn yay yenidən ləğv edilə biləcək təxminən 100 daxili reyslərin ləğvi ehtimalından getdiyini təsdiqlədi. O etiraf etdi ki, bu, təsirlənəcək regionlar üçün "ciddi zərbə" olacaq.


Aviaşirkət sadəcə reysləri azaltmaqla kifayətlənmir; idarəetmə sahəsində də böyük dəyişikliklər gözlənilir. Şpor təsdiqləyib ki, "Lufthansa" 2030-cu ilə qədər avtomatlaşdırma və rəqəmsal texnologiyaların tətbiqi sayəsində 4 minə yaxın inzibati işçisini ixtisar edəcək. Şirkət bu ixtisarlar vasitəsilə gəlirliliyi artırmağı və biznes strategiyasını inkişaf etdirməyi planlaşdırır. Şpor sözlərini yekunlaşdırarkən, bunun üçün məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılmasına ehtiyac olduğunu bildirdi. O əlavə etdi ki, gələcəkdə təyyarələr yer üzərində- gəlir gətirməyən vəziyyətdə- daha az vaxt keçirəcək və əvəzində daha çox havada olacaq.


G
Ticarət müxbiri

Ticarət və əmtəə bazarları haqqında yazıram. Xarici ticarət balansı və ixrac-idxal dinamikası mənim maraq dairəmdədir.

Bütün məqalələrə baxın
Paylaş: