
Bu aviaşirkət hər həftə 100 daxili reysi ləğv etmək istəyir

Lufthansa aviaşirkəti Almaniyada yüksək xərclər, vergilər və rüsumlarla mübarizə aparmaq məqsədilə reysləri azaltmağa hazırlaşır. Xarici KİV-lərin yaydığı məlumata görə, uçuşların getdikcə bahalaşması şirkəti belə bir addım atmağa məcbur edir.
Şirkətin rəhbəri Karsten Şpor yerli mediaya verdiyi açıqlamada, 2019-cu ildən bəri əməliyyat xərclərinin iki dəfə artdığını bildirdi. Bu maliyyə vəziyyətinə görə, gələn yaydan etibarən hər həftə təxminən 100 daxili uçuşun ləğv olunacağı gözlənilir.
Şpor, yerli xərclər azaldılmayacağı təqdirdə daha çox ixtisarların qaçılmaz olacağını vurğuladı. Şirkət rəhbəri Münzen-Münster/Osnabrük və ya Münzen-Drezden kimi bəzi aviareyslərin təhlükə altında olduğunu qeyd edib. O, bu istiqamətlərdəki uçuşların artıq zərərlə həyata keçirildiyini dedi. Lufthansa bu addımla Almaniya daxilindəki əməliyyatlarını daha səmərəli etməyə çalışır.
Daşınmaz əmlak bazarı və tikinti sektoru üzrə yazıram. Bakının necə dəyişdiyini izləmək maraqlıdır.
Bütün məqalələrə baxınOxşar xəbərlər

AZAL Budapeştdən Bakıya çarter reysi yerinə yetiri...
Son Xeberler

İstanbulda Şiddətli Fırtına: 38 THY Reysi Ləğv Edi...
Son Xeberler

İngiltərə klubu Mourinyonu istəyir
Bugun.az

Bu ölkə İsrailə aviareysləri dayandırdı
Bugun.az

AZAL Hindistana reysini təxirə saldı
Bugun.az

Rusiya Azərbaycanla uçuşları bu tarixdən bərpa edi...
Son Xeberler