
Alimlər xəstəliklərlə əlaqəli gizli DNT kodunu oxumağı bacarıblar
Avropa Molekulyar Biologiya Laboratoriyasının (EMBL) alimləri xəstəliklərin genetik əsaslarını daha dəqiq araşdırmaq məqsədi ilə "SDR-seq" adlı yeni bir cihaz hazırlayıblar. Bu alət indiyə qədər görülməmiş bir yenilik gətirir: o, ilk dəfə olaraq eyni hüceyrədən həm DNT-ni, həm də RNT-ni eyni anda oxumağa imkan verir. Əvvəlki tədqiqat üsulları eyni hüceyrədə bu məlumatları eyni vaxtda öyrənməyə icazə vermirdi. Yeni "SDR-seq" metodu bu problemi aradan qaldırır, tədqiqatçılara xəstəliklərin genetik əsasları haqqında daha yüksək dəqiqlikdə məlumat toplamağa kömək edir.
Yeni üsulun sayəsində alimlər xəstəliklərlə əlaqəli genetik dəyişikliklərin çoxunun yerləşdiyi kodlaşdırılmayan DNT bölgələrini incələyə bilirlər. Bu bölgələr birbaşa zülal yaratmasa da, genlərin necə işlədiyini idarə edir. Məhz bu nəzarət mexanizmləri bir çox fəsadın və xəstəliyin yaranmasında mühüm rol oynayır. Tədqiqatçılar bu texnologiyanı artıq B hüceyrəli lenfoma (bir növ qan xərçəngi) üzərində sınaqdan keçiriblər. Sınaqların nəticələri göstərdi ki, daha çox genetik dəyişiklik daşıyan hüceyrələr, şişin böyüməsini gücləndirən siqnalları yaradırlar.
Layihə rəhbərlərindən Dominik Lindenhofer bildirib ki, SDR-seq cihazı sayəsində əldə olunan yüksək dəqiqlik və miqyaslılıq xəstəliklərin anlaşılması üçün həyati əhəmiyyət daşıyır. Bu irəliləyiş, mürəkkəb pozğunluqların genetik səbəblərini dərindən anlamaq üçün vacib sayılır. SDR-seq texnologiyası ürək xəstəlikləri, autizm və şizofreniya kimi kompleks xəstəliklərin genetik əlaqələrini öyrənməkdə yeni imkanlar açır. Bu yeni metod tibb və biologiya sahəsindəki gələcək genetik tədqiqatlar üçün zəmin hazırlayır.
Elm və tədqiqat mövzularında yazıram. Fizika üzrə təhsil almışam, elmi kəşfləri sadə dillə izah etməyə çalışıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Gənc Şagird Həmyaşıdı Tərəfindən Öldürüldü
Son Xeberler
DNK kanabis istifadəsinə genetik meyilliliyi necə...
Elm Xəbərləri

Nəsrullahın Dəfn Mərasimi Gizli Şəkildə Keçirilib
Son Xeberler

DİN vətəndaşlara müraciət etdi
Bugun.az

Alimlər qan dövranı və immun sisteminin qocalmasın...
Azəri Xəbər

Bu ərzaqlarda gizli şəkər var - Həkimdən xəbərdarl...
Bugun.az



