
Akkreditasiya qiymətləndirilməsinə cəlb edilən müəllimlərin ödəniş alması məsələsinə aydınlıq gətirilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) akkreditasiya qiymətləndirilməsinə cəlb edilmiş ekspertlərin ödəniş alması ilə bağlı məsələyə aydınlıq gətirib. Agentlik bəzi media resurslarında akkreditasiya ekspertlərinin adları və fəaliyyətləri qarşılığında ödəniləcək xidmət haqqını əks etdirən siyahının dərc edilməsinə münasibət bildirib. TKTA xəbərdarlıq etdikdən sonra, dəqiqləşdirilməmiş məlumatlar əsasında hazırlanmış həmin siyahı jurnalistika etikasına uyğun olaraq əksər internet səhifələrindən çıxarılıb.
Agentlik qeyd edir ki, dərc edilən xəbərin başlığı və təqdimat forması peşəkar jurnalistika prinsiplərinə zidd hazırlanıb və ictimaiyyətdə yanlış təsəvvür yaradır. Siyahıda yalnız ali təhsil müəssisələrinin müəllimləri deyil, həmçinin işəgötürənlərin nümayəndələri və beynəlxalq ekspertlər də yer alır. TKTA bu məlumatların fərdi razılıq olmadan ictimailəşdirilməsini şəxsi məlumatların qorunması ilə bağlı qanunvericiliyin pozulması hesab edir. Agentlik şəffaflıq prinsiplərinə sadiq qalsa da, mövcud qanunvericiliyə uyğun olaraq konfidensiallığa riayət edir və məlumatların icazəsiz paylaşılmasını qətiyyətlə yolverilməz sayır.
TKTA təhsil müəssisələrinin akkreditasiya prosesinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun həyata keçirildiyini bildirir. Qaydalara əsasən, TKTA-nın təşkil etdiyi komissiyalar yerli və xarici mütəxəssislərdən, işəgötürənlərin nümayəndələrindən, eləcə də təhsilalanlardan təşkil edilir. Təhsilalanlar istisna olmaqla, komissiyanın digər üzvləri Qaydaların 2.9-cu maddəsinə əsasən, ödənişli əsaslarla əməkdaşlığa cəlb olunur. Üzvlərlə müqavilələr bağlanılmazdan əvvəl onların adları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə göndərilir və müvafiq razılıq alınır. Əməkdaşlığa cəlb edilən ekpertlər qanunvericilik tələblərinə uyğun olaraq ödəniş alır. Onların vəzifəsi təhsil müəssisələrinin dövlət təhsil standartlarına və normativ hüquqi aktların tələblərinə uyğunluğunu müəyyən etməkdir. Bu işlərin icrası üçün ekspertlərə qanunla müəyyən edilmiş məbləğdə xidmət haqqı (vergi və DSMF xərcləri daxil) ödənilir.
Rəqəmsal təhsil və onlayn öyrənmə platformaları haqqında yazıram. Pandemiyadan sonra bu sahə daha da inkişaf edib.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Dörd universitetə akkreditasiya verildi - SİYAHI
Bugun.az

COVID-19 əleyhinə peyvəndin qeydiyyata alınacağı v...
Son Xeberler

XİN Azərbaycanla Ermənistan arasında viza məsələsi...
Son Xeberler

Nazirlik: Müəllimlər spirt almağa məcbur edilə bil...
Son Xeberler

AMB Ödəniş Təşkilatlarına Lisenziya Xəbərdarlığı E...
Bugun.az

Müəllimlərin yerdəyişməsi və işə qəbulu ilə bağlı...
SON Xəbər