Dolma
⏱ 80 dəqiqə🟡 Orta🍽 Nahar
Yarpaq dolması Azərbaycan süfrəsinin ən sevilən yeməklərindən biridir. Təzə üzüm yarpaqlarına bükülmüş ətli qiymə ilə hazırlanır və yanında sarımsaqlı qatıqla verilir.
Lazımi məhsullar
- ● Üzüm yarpağı (50 ədəd)
- ● qoyun qiyməsi (500 q)
- ● düyü (100 q)
- ● soğan (2 ədəd)
- ● nanə
- ● şüyüd
- ● duz
- ● istiot
Hazırlanması
1Qiyməni doğranmış soğan, yuyulmuş düyü, nanə və şüyüdlə qarışdırın.
2Yarpaqları qaynar suda yumşaldın.
3Hər yarpağa bir qaşıq qiymə qoyub bükün.
4Qazanın dibinə yarpaq düzün, dolmaları sıx düzün.
5Üstünə su tökün, boşqab qoyun.
645 dəqiqə bişirin..