🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

"Vosmoy” bazarında söküntü işləri aparılır

30.10.2024 11:15 144 baxış sayı 1 dəq. oxuma
"Vosmoy” bazarında söküntü işləri aparılır

Bakının Nizami rayonunda yerləşən "8-ci km Ticarət Mərkəzi"nin ətrafında küçə ticarətinin yığışdırılmasına başlanılıb.

Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq Nizami Rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, ötən gündən başlayaraq bazarın yaxın ətrafında küçə ticarətinin yığışdırılmasına, ərazidə səliqə-sahmanın bərpa olunmasına start verilib.

Bildirilib ki, bu istiqamətdə həyata keçirilən işlər çərçivəsində küçə ticarətinin təşkil olunduğu piştaxtalar sökülərək ərazidən yığışdırılır.

Etiketlər

Paylaş: